BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
24231

Bu gün kriptovalyuta bazarında çox önəmli gündür. Çünki sentyabrın 21-i axşam saatlarında faiz artımı ilə bağlı ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) qərarı gözlənilir.

Bunu “Report”a kriptovalyuta üzrə ekspert Elnur Quliyev bildirib.

O qeyd edib ki, hazırda kriptovalyuta bazarında orta stabil vəziyyət hökm sürür. Bitkoinin qiyməti 18-19 min ABŞ dolları arası dəyişir.

“Bu gün əsas gözlənti faizlərlə bağlıdır. Əgər faiz gözləntisi 1% artırılsa, kriptovalyuta bazarında və ümumiyyətlə, maliyyə bazarında bir çöküş müşahidə edəcəyik. Qiymətlərin aşağı düşəcəyini də demək olar.

Hazırda kriptovalyuta bazarı çox sıx halda ümumi fond bazarı ilə korrelyasiya olunur. Yəni, fond bazarının istiqaməti və məşhur S&P 500 və Nasdaq indeksləri hansı istiqamətdə gedirsə, kriptovalyuta bazarının qiymətləri də o istiqamətdə hərəkət eləyir.

Əgər baza olaraq 1% artırılsa, bu ABŞ dolları indeksini qaldıracaq və əksinə, fond bazarında, kriptovalyuta bazarında qiymətlərin enməsi müşahidə olunacaq", - E. Quliyev bildirib.

Ekspert başqa bir ehtimalı da nəzərdən keçirib:

“Əgər faizlər 0,75 % qalxsa, bu gözləntilər gözlənti kimi qalacaq. Və ola bilsin ki, müəyyən müddətdə kriptovalyuta bazarında qiymətlərin qalxması müşahidə olunsun. Amma bu müvəqqəti olacaq. Çünki ümumi trend aşağı doğru gedir. Dünyada baş verəcək maliyyə gərginliyi və ABŞ iqdisatiyyatında ressesiya xəbərləri ilə ümumi trendin aşağı getdiyini müşahidə etmək olar. Bu vəziyyət yaxın aylarda hətta bitkoinin qiymətinin 14-15 min ABŞ dolları arasına düşməsinə səbəb ola bilər”.

Qeyd edək ki, hazırda, kriptovalyuta bazarında ən bahalı koin bitkoindir. Bir tokenin qiyməti 18,891 min ABŞ dollardır. İkinci və üçüncü yerdə isə “Ethereum” 1 338 ABŞ dolları və “Tether” 1 000 ABŞ dolları ilə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin