BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8896
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2403
51905

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.

Valyuta.az Dövlət Xidmətinə istinadən xəbər verir ki aparılmış araşdırmalar zamanı minik avtomobillərinin idxalı və satışı ilə məşğul olan “Auto Azərbaycan” MMC tərəfindən müştərilərlə bağlanan müqavilələrə və zəmanət şərtlərinə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin əlavə edildiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və ya stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı və bununla da, haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib.

Yuxarıda göstərilən hallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Auto Azərbaycan” MMC barəsində rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması prosesində “Auto Azərbaycan” MMC tərəfindən yol verilmiş haqsız rəqabət halları könüllü olaraq aradan qaldırılıb və bu, Dövlət Xidməti tərəfindən nəzərə alınıb.

İşə baxılmasının nəticəsi olaraq, “Auto Azərbaycan” MMC-yə avtomobillərin satışı zamanı onun tərəfindən bağlanmış zəmanət müqaviləsində, eləcə də zəmanət və servis kitabçalarında sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklər nəzərdə tutmaqla haqsız rəqabətə yol verməməsi haqqında icrası məcburi göstəriş verilib. Eyni zamanda “Auto Azərbaycan” MMC tərəfindən istehlakçı müqavilələrində və zəmanət şərtlərində istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin aradan qaldırılması nəzərə alınıb.

Məlumat üçün bildiririk ki, rəqabət qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati məsuliyyətə səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər

Hamı Bakının bu qəsəbəsindən torpaq alır - Səbəb

Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI

Aliment ödəməkdən yayınmağa çalışanların əmlakı müsadirə oluna bilər (VİDEO)

Ailə başçısı: "Dörd qızı oxudanlar da cənnətlə mükafatlandırılırmı?"

"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?

Dondurulmuş ətlərə möhtac qala bilərik

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldıldı

Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək

Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu

Paytaxtdakı bu yenilik sürücülərdə narazılıq yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Maaş və pensiyaların artımı ilə bağlı qərarlar gözlənilir

Sabah hava yağmursuz keçəcək

Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?

Azərbaycan nefti ucuzlaşıb

Bu gün bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Selena Qomes milyarder oldu

Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb

Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanda uşaqlara görə nə qədər sosial müavinət verilir? (SİYAHI)

Kreml “Sibirin Gücü - 2” üzrə danışıqların gedişindən danışdı

ABŞ Rusiyadan gübrə alışını yenidən artırmağa başlayıb

Moldovadada “Zolotaya korona” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin