BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
45926

Azərbaycan bələdiyyələri ötən il büdcə gəlirlərini nəzərəçarpacaq dərəcədə artırıblar. 

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, 2023-cü ildə yerli özünüidarəetmə orqanlarının büdcələrinin gəliri 15,1 faiz artıb. Bir il əvvəl 47,4 milyon manat gəliri olan bələdiyyələr ötən il gəlirini 54,5 milyon manata çatdırıb. 

Bələdiyyələrin gəlirlərində artım daha çox vergi olmayan gəlirlərdə müşahidə edilib. Amma vergilər üzrə yığılan vəsaitin həcmində də böyük artım var. 

Vergi olmayan gəlirlər il ərzində 18,5 faiz artaraq 31,85 milyon manata çatıb və ümumi gəlirlərin 58,4 faizini təşkil edib. 

Bu qrup gəlirlər arasında ən çox gəlir bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən əldə olunub. Adıçəkilən istiqamət üzrə gəlirlərin həcmi 19,7 milyon manat olmaqla il ərzində 18 faizdən çox artıb. Əmlakının özgəninkiləşdirilməsindən bələdiyyələr 11,5 milyon manat (26 faiz artım), əmlakın icarəyə və istifadəyə verilməsindən isə 8,2 milyon manat (9,1 faiz artım) gəlirə sahib olublar. 

Vergi olmayan gəlirlərin içərisində ikinci ən böyük paya Azərbaycanın dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar sahibdir. Bu mənbə üzrə bələdiyyələrin 6,69 milyon manat gəliri olub. 

Bələdiyyələr ötən il 22,65 milyon manat həcmində vergi də toplayıblar. Son bir ildə toplanan vergilərin həcmi 10,5 faiz artıb. 

Yerli özünüidarəetmə orqanları fiziki şəxslərdən 15,25 milyon manat həcmində əmlak vergisi, 7,4 milyon manat həcmində topaq vergisi toplayıblar. 

Bələdiyyələr arasında ən böyük gəlirə Bakı bələdiyyələri malikdir. Paytaxtda fəaliyyət göstərən 53 bələdiyyənin ümumi gəliri 16,57 milyon manat olub. Bir il ərzində Bakı bələdiyyələri gəlirini 15,5 faiz artırıb. 

Azərbaycanda ikinci ən çox gəliri Abşeron bələdiyyələri qazanıb. Onların ümumi gəliri 3,65 milyon manat olub. Rayonun 15 bələdiyyəsi gəlirini ümumilikdə 33,6 faiz artırıb. 

Şəki bələdiyyələri gəlirinə görə üçüncü sırada dayanır. Şəkidə olan 40 bələdiyyə 1,613 milyon manat (16,6 faiz artım) gəlirə sahib olub. 

Sumqayıt bələdiyyələri dördüncü sırada olmaqla 1,61 milyon manat mədaxil əldə ediblər. Şəhərin 3 bələdiyyəsi büdcə gəlirini 14,2 faiz artıra bilib. 

Gəncə bələdiyyələrinin də gəliri çoxdur. Şəhərdə fəaliyyət göstərən 3 bələdiyyə il ərzində 1,58 milyon manat gəlir əldə edib ki, bu da 21 faiz artım deməkdir.  


Adıçəkilən şəhər və rayon bələdiyyələrindən başqa Xaçmaz rayon (1,41 milyon manat), Şəmkir rayon (1,35 milyon manat), Quba rayon (1,27 milyon manat) bələdiyyələrinin də ümumi gəliri yüksək olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb

Sağlamlıq arayışı ödənişsiz olacaq?

BVF: Son illərdə dünyada ticarət məhdudiyyətləri dörd dəfə artıb

Keçmişin günahları ilə üzbəüz: Yapon peyki Yaponiya kosmik zibili ilə toqquşdu (FOTO)

“Kombat Group”a qarşı ittiham

Ukrayna artıq dəniz terminallarının yarısını itirib - Dmitri Barinov

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin