BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
43640

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması, dövriyyəsinin stimullaşdırılması, maliyyə əlçatanlığının artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə ölkədə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə İşçi Qrup fəaliyyət göstərir.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Trend-ə bildirib ki, İşçi Qrupun hazırladığı təkliflər əsasında həyata keçirilən tədbirlər nəticəsində ölkədə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə genişlənib.

"Stimullaşdırıcı tədbirlərin sayəsində, xüsusilə elektrik mühərrikli avtomobillərin idxalında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. 2023-cü ildə ölkəyə 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal edilib. Bu müsbət tendensiyanın növbəti illərdə də davam etməsi üçün ardıcıl olaraq tədbirlər görülür", - o qeyd edib.

R.Səttarzadənin sözlərinə görə, ölkənin nəqliyyat parkında elektrik avtomobillərinin payının artırılması məqsədilə İşçi Qrup tərəfindən aidiyyəti dövlət qurumları ilə yanaşı, özəl sektor nümayəndələri də fəaliyyətlərə cəlb edilib və bu əməkdaşlıq əhalinin maliyyə əlçatanlığının artırılmasında, istehlakçı hüquqlarının müdafiəsi və rəqabət mühitinin inkişafında, fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin istifadəsinin məhdudlaşdırılmasında, xüsusilə ictimaiyyət arasında məlumatlılığın artırılmasında səmərəli nəticələr verəcək.

"Eyni zamanda, İşçi Qrupun 2024-cü il üzrə hazırlanmış yol xəritəsində nəzərdə tutulub ki, aidiyyəti dövlət qurumları ilə birgə ekoloji təmiz nəqliyyat vasitələrinin üstünlükləri, köhnə nəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə mütəmadi təbliğat aparılsın.

Həmçinin, il ərzində köhnə nəqliyyat vasitələrinin məhdudlaşdırılması istiqamətində yeni təkliflərin hazırlanması, köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı zəruri işlərin görülməsi, elektromobillərin batareyalarının utilizasiyasının beynəlxalq təcrübəyə uyğunlaşdırılması sahəsində fəaliyyətlərin qurulması planlaşdırılır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin