İqtisadiyyat
20.05.2021 / 15:45
Əli Əsədovla Mixail Mişustin arasında Moskvada görüş keçirilib
12501
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında Moskvada görüş keçirilib.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Hökumət Evində keçirilən görüşdə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığa dair aktual məsələlər müzakirə olunub.
Bundan əlavə, koronavirus infeksiyası ilə birgə mübarizə məsələsi də nəzərdən keçirilib.
Mixail Mişustin Azərbaycan Prezidenti İlham Əliyevə Rusiya Prezidenti Vladimir Putin, eləcə də öz adından salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
M.Mişustin ölkələrimiz arasında ticarət dövriyyəsinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay