SOCAR Türkiyədəki qaz biznesinə 209 milyon dollar yatırım edib
“SOCAR Turkiye Enerji” şirkətinin ölkədəki qaz biznesinə investisiyalarının ümumi həcmi 209 milyon ABŞ dolları təşkil edib.
Bunu “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən mətbuat konfransında bildirib.
"Hazırda biz Kayseri və Bursanın qazlaşdırılmasını həyata keçiririk. “Kayserigaz” və “Bursagaz” qazpaylayıcı şəbəkələrinə investisiyaların ümumi həcmi 209 milyon ABŞ dolları təşkil edib", - o qeyd edib.
E.İbadovun sözlərinə görə, “Bursagaz” qazpaylayıcı şəbəkəsinin uzunluğu 7 703 km, “Kayserigaz” qazpaylayıcı şəbəkəsinin uzunluğu 7 118 km təşkil edir.
Onun sözlərinə görə, “Bursagaz”ın abunəçilərinin sayı 1,2 milyon, “Kayserigaz”ın abunəçilərinin sayı 700 mindir.
Qeyd edək ki, “SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında tədavül edilir.
©Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay