"Adobe"nin gəliri və mənfəəti gözləntiləri üstələdi, amma səhmləri kəskin düşdü
"Adobe" şirkətinin (NASDAQ: ADBE) dördüncü rüb üzrə hər səhmə düşən mənfəəti 4,81 dollar olub.
Valyuta.Az-ın verdiyin xəbərə görə, bu göstərici analitiklərin 4,67 dollar proqnozundan 0,14 dollar yüksəkdir.
Hesabatda bildirilib ki, bu rüb üzrə ümumi gəlir 5,61 milyard dollar təşkil edib. Analitiklər isə bu məbləğin 5,54 milyard dollar olacağını gözləyirdilər.
Gələn il üçün proqnozlar qismən gözləntilərdən aşağıdır
"Adobe" 2025-ci ilin birinci rübü üçün hər səhmə düşən mənfəətin 4,95-5,00 dollar arasında olacağını açıqlayıb. Analitiklər isə bu göstəricini 4,94 dollar olaraq təxmin etmişdilər.
2025-ci ilin birinci rübü üzrə ümumi gəlirin 5,63-5,68 milyard dollar aralığında olacağı gözlənilir. Analitiklər isə bu göstəricinin 5,72 milyard dollar səviyyəsində olacağını proqnozlaşdırırdılar.
2025-ci maliyyə ili üçün ümumi gəlir 23,30-23,55 milyard dollar arasında təxmin edilir. Analitiklər bu rəqəmin 23,80 milyard dollar olacağını proqnozlaşdırmışdılar.
Bazar vəziyyəti
"Adobe" səhm qiymətini günü 549,86 dollarla tamamlamışdı. Şirkət son üç ay ərzində 2,42% dəyər qazanıb. Lakin son 12 ay ərzində səhm qiymətində 13,22%-lik azalma müşahidə edilib. Bu gün ABŞ-da açılış öncəsi alışlarda şirkətin səhmləri əlavə olaraq 10,03 % ucuzlaşaraq, bu dəqiqələrdə 494,75 dollar civarında ticarət edir.
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay