Maliyyə əfsanəsindən "Bitcoin" və qızıl tövsiyəsi: “Böyük borc böhranı olacaq”
Maliyyə dünyasının tanınmış simalarından biri, "Bridgewater Associates" hedc fondunun yaradıcısı Rey Dalio (Ray Dalio), "Bitcoin" və qızılı yüksək qiymətləndirərək, yaxın gələcəkdə böyük bir borc böhranı gözlədiyini bildirib.
Valyuta.Az-ın verdiyi xəbərə görə, dünyanın ən uğurlu hedc fondu menecerlərindən olan Rey Dalio, Almaniyadan başqa bir çox ölkənin də ciddi borc böhranına doğru irəlilədiyini vurğulayıb. Əbu-Dabidə keçirilən maliyyə tədbirində çıxış edən Dalio, artıq istiqraz kimi borc aktivlərindən uzaq durduğunu qeyd edib.
“Görünməmiş səviyyəyə çatıb”
Dalio, qızıl və "Bitcoin" kimi "sərt pul" adlandırılan aktivləri tövsiyə edərək bunları deyib:
“Almaniya xaricindəki böyük iqtisadiyyatlarda borcun səviyyəsi indiyədək görünməmiş həddə çatıb. Bu ölkələrin borc böhranından qaça bilməsi mümkün deyil. Onların valyutalarının dəyərdən düşdüyünü görəcəyik. Bu səbəbdən istiqraz kimi borc aktivlərindən uzaqlaşıram. Bunun əvəzinə "Bitcoin" və qızıl kimi sərt pullara üstünlük verirəm.”
Xatırladaq ki, bir neçə həftə əvvəl dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-ın ümumi borcu 36 trilyon dollara çatmışdı.
Son illərdə "Bitcoin" haqqında bir neçə dəfə mənfi rəylər verən Dalio, 2020-ci ildən etibarən mövqeyini dəyişdirərək, 2021-ci ildə "Bitcoin" aldığını açıqlamışdı.
Rey Dalio, "Bridgewater Associates" fondunu dünyanın ən uğurlu hedc fondu halına gətirib və trilyonlarla dollarlıq aktivləri idarə edib. Onun sərvətinin təxminən 20 milyard dollar olduğu bildirilir.
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay