BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
7463

Prezidentin məmurlarla bağlı çıxışından, islahatlarından və sosial şəbəkələrdə bununla bağlı müzakirələrdən sonra dəbdəbəli, milyonluq əmlaklar satışa çıxarılmağa başlayıb. Əmlak satışını monitorinq edən ekspertlər bildirib ki, son 10 gündə dəbdəbəli malikanələrlə yanaşı, şəhərin mərkəzi hissələrində lüks mənzillərin, biznes obyektlərinin və torpaq sahələrinin satışa çıxarılması sürətlə artıb.

Milyonluq mülklərin birdən-birə satışa çıxarılması məmurların öz əməlləri ört-basdır etməsi üçün bir çıxış yoludurmu? Pandemiya dönəmində və müharibədən çıxmış bir ölkədə bu mülklər üçün alıcı qüvvəsi varmı?

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, burada müəyyən görüntü xarakterli addımlar da var. Onuz sözlərinə görə, bu məsələ vəziyyətdən çıxış yolu olmayacaq.

“Bu zaman-zaman baş vermiş məsələdir. İndi də oxşar məsələ biraz başqa formatda davam etməkdədir. Hesab etmirəm ki, məmurların əksəriyyəti öz əmlaklarını, villalarını çox qısa müddətdə satmaq və ondan əlini üzmək niyyətindədir. Burada təbii ki, müəyyən görüntü xarakterli addımlar da var. Adətən bizim fəaliyyət sahəmiz elədir ki, bu cür məsələləri daha tez müşahidə edirik. Hər hansısa bir məmur ya öz əmlakını dərhal satışa qoyur, ya qiymətləndirməyə çıxardır və yaxud da kənardan böyük məbləğdə kredit resursu cəlb etmək istəyir və s. İndiki mərhələdə də buna oxşar proses gedir, amma təəssüflər olsun ki, əvvəlki dönəm keçdi artıq. Bazarda o cür milyonluq, bahalı mülklərin alıcıları çox azdır. Əvvəl deyək ki, bu cür məmur şəbəkələri həddindən artıq çox idi. Birinin satdığını digər məmur dərhal ucuz qiymətə alırdı. İndi vəziyyət dəyişib və alıcı tapmaq da problemdir. Buna görə də, hesab etmirəm ki, bu çıxış yoludur”.

Düşünürəm ki, bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Bəzi məmurlarla bağlı dövlətin müəyyən istiqamətlərdə şüpələri var və məbtuatda müxtəlif istiqamətlərdə informasiyalar da var ki, həmin məmurlar dövlət əmlakını küllü miqdarda mənimsəyib. Hesab edirəm ki, bu cür satışlar o məsələlərin tam şəkildə araşdırılması üçün bir siqnal ola bilər. Bu məsələ vəziyyətdən çıxış yolu olmayacaq. Bu dəfə fərqli bir vəziyyətdir”,-deyə bildirib.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Azərbaycanın İrandakı səfirliyi ilə bağlı yeni qərar

Ölkədə benzin istehsalı artıb

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər (VİDEO)

Dolu düşüb, qar yağıb, 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Azərbaycanda bu zavodun gəlirlə işləməməsinin səbəbləri araşdırılacaq

Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək

Azərbaycan neftinin qiyməti bahalaşıb

Avro və lirə ucuzlaşdı - Məzənnə

Bakının bu ünvanında binalar söküləcək, yeniləri tikiləcək (FOTO)

Quba və Qusara qar yağır

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin