BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
7293

Bakı şəhərində aparılan tikinti işlərinin 65 faizi paytaxtın cəmi 4 rayonun payına düşür. Bakı Şəhər Statistika İdarəsinin məlumatına əsasən, 2020-ci ildə paytaxtda 7,324 milyard manatlıq inşaat işləri həyata keçirilib və bu işlərin 4,726 milyard manatı və ya 65 faizi Nəsimi, Yasamal, Xətai və Nərimanov rayonlarında aparılıb.
 
Valyuta.az bildirir ki, adıçəkilən rayonlar ərazisinə görə Bakının böyük rayonları sayılmır. Xətai, Nəsimi, Nərimanov və Yasamal ərazisi kiçik olan rayonlardandır. Yasamal rayonunun ərazisi 20 kv. km, Xətai rayonunun ərazisi 31,2 kv. km, Nəsimi rayonunun ərazisi 10 kv. km, Nərimanov rayonunun ərazisi 24,5 kv. km-dir. Bu rayonların əraziləri paytaxtın ümumi ərazisinin (2200 kv km) 3,9 faizini təşkil edir. Ərazisinə görə Bakının ən böyük rayonu olan Qaradağı (1001 kv km) nəzərə almasaq, adıçəkilən 4 rayonun torpaq payı yenə də olduqca azdır (paytaxtın 7,14 faizi).
 
Ərazi az olsa da bu rayonların əhalisi çoxdur. Xətai, Yasamal, Nəsimi Bakıda əhalisinin sayı ən çox olan rayonlardır. Əhali sayının çoxluğu və ərazinin kiçik olması həmin ərazilərdə çoxlu sayda yaşayış binasının tikinsinə əsas yaratmır. Çünki ərazinin kiçik, əhalinin sayının çox olması həmin rayonlarda əhali sıxlığının artmasına gətirib çıxarıb. Nəsimidə 1 kvadrat kilometrə 22200 nəfər, Yasamalda 12400 nəfər, Xətaidə 9200 nəfər, Nərimanov rayonunda 7100 nəfər məskunlaşıb.
 
Amma Bakıda elə rayonlar var ki, orada həm əhali məskunlaşması sıx deyil, həm də ərazi genişdir. Buna misal kimi Qaradağ (1 kv. km, 108 nəfər), Xəzər (1 kv. km, 500 nəfər), Sabunçu (1 kv. km, 1050 nəfər) rayonlarını göstərmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin