BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7948
  • RUB
    1.7
  • TRY
    0.0488
  • GBP
    2.1672
60536

İpoteka ilə ev alan vətəndaş mənzilə dair çıxarışın verilməsi üçün mənzil-tikinti kooperativi (MTK) tərəfindən pul tələb olunmasından narazıdır.

Vətəndaş bildirib ki, mənzilin kredit ödənişlərində heç bir borcu olmamasına baxmayaraq, çıxarışı vermək üçün MTK ondan 470 manat pul tələb edir:

"Mən 10 illik ipoteka ilə ümumi sahəsi 46 kvadratmetr olan mənzil almışam. Kreditin müddəti hələ bitməyib, lakin bu günə qədər kreditin ödənişində nə bir gecikmə olub, nə də borc qalıb. MTK mənə mənzili alanda demişdi ki, çıxarış veriləndə heç bir ödəniş tələb olunmayacaq. Lakin hazırda zəng edib 470 manat ilə çıxarışı götürmək üçün yaxınlaşmağımı istəyir. Pulum olmadığı üçün çıxarışı sonra gəlib götürəcəyimi dediyimə görə MTK məni məhkəməyə verməklə hədələyib, habelə işığımı da kəsib. Mən "ASAN xidmət"dən maraqlananda dedilər ki, çıxarış üçün təxminən 100 manat rüsum ödəniləcək. MTK isə 470 manatı nə üçün istədiyinin səbəbini belə demir".

Maraqlıdır, bəs görəsən, MTK-lar mənzilə dair çıxarışın alınması üçün pul verilmədiyinə görə mənzil sahibini işıqsız qoya bilər? Belə hallarda MTK-nı hansı cəza gözləyir?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran vəkil Vamiq Şükürov bildirib ki, MTK bina sakinin işığını, suyunu, qazını kəsə bilməz:

"Sözügedən məsələlərin hər biri qanunvericiliklə tənzimlənir. MTK bina sakinin işığını, suyunu, qazını kəsə bilməz. Bu işi yalnız məsul qurumlar icra edə bilərlər. Həmin qurumlar qanunvericiliklə nəzərdə tutulan hallar baş verdikdə bunu edə bilərlər. Məsələn, hər hansı qəza baş verərsə, sakinə qabaqcadan xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, müəyyən edilmiş müddətdə qaz, işıq, su təchizatı haqlarını ödəməkdən yayınarsa, qanunda nəzərdə tutulan hallarda göstərilən təchizat xidmətləri dayandırıla bilər".

Vəkil qeyd edib ki, MTK rəhbərliyinin belə bir səlahiyyəti olmadığına görə qanunvericilikdə sözügedən hallarda cərimələrin yazılması nəzərdə tutulub:

"MTK-nın bu davranışı özbaşınalıq olaraq qəbul edilməlidir. Qanunvericilikdə bu kimi hallarda cərimələrin yazılması nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsi 279.0.7-ci maddəsinə görə qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir".

O, vətəndaşın əmlak əməliyyatlarını özünün müstəqil şəkildə həyata keçirə biləcəyini söyləyib:

"Hər bir şəxs öz evinə aid sənədləşməni, əmlak əməliyyatlarını müstəqil şəkildə həyata keçirə bilər. Şəxsin özü də qanunda tələb olunan müəyyən sənədləri - MTK-dan alınan protokoldan çıxarışı, maliyyə arayışını və müqaviləni götürərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "ASAN xidmət"lərdə olan şöbələrinə təqdim etməklə mənzilə dair çıxarışı əldə edə bilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əhalinin avtomobil yanacağına xərcləri 7% artıb

Bu ilin 11 ayında Azərbaycanda iqtisadi artım 4%-dən çox olub

Sıfırdan ev tikmək üçün nə etməliyik?

"AzerGold"un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR

"AzerGold"un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR

"Apple" və "Broadcom"un yeni əməkdaşlığı - "The Information"

Xankəndidə 5,2 milyon nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

"Neptun" külli miqdarda borcunu ödəmir

Bəzi məktəblər niyə birləşdirilir?

Davos İqtisadi Forumunun növbəti qlobal araşdırması dərc olunub - "Bloomberg"

Davos İqtisadi Forumunun növbəti qlobal araşdırması dərc olunub - "Bloomberg"

Azərbaycanda tibbi kadrların vahid idarəetməsi ilə bağlı sənəd hazırlanıb

Mərkəzi Bank investisiya şirkətinin lisenziyasını ləğv etdi

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata nar satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Texnologiya nəhənglərinin "Nasdaq" birjasına təsiri - "Reuters"

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

Milyonlarla “YouTube” videoçarxları dublyaj ediləcək

"Zara"nın sahibi gözləntiləri qarşılaya bilmədi - "Reuters"

OMV şirkəti "Qazprom"la 2040-cı ilə qədər qüvvədə olan müqaviləyə xitam verdi

Ev almaq istəyənlərin nəzərinə! - Qiymətlər bahalaşacaq

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

Son günlər metroda nə baş verir? - Video

ABŞ-nin büdcə kəsirində 64%-lik artım - Hesabat

“Aztelekom”da yeni təyinat

Daşkəsəndə küləyin sürəti saniyədə 23 metrə çatıb - FAKTİKİ HAVA

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Azərbaycan nefti ardıcıl üç gündür bahalaşır

Qızılın qiyməti 2 750 dollara yaxınlaşıb

Abşeronun və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Bank borcunu "sildirmək" neçəyədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin