Dövlətə məxsus şirkətin 30%-lik səhm paketi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iyulun 23-də keçirdiyi növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 7 nəqliyyat vasitəsi və avadanlıq satılıb.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Hərracda "Port İliç Xidmət" ASC-nin 30%-ik səhm paketi 25 698 manata özəlləşdirilib. Bununla yanaşı, hərracda hava gəmisi üzrə pilotların hazırlanması üçün istifadə olunan simulyator 2 200 000 manata, "B-98" layihəli "Vixr" tipli gəmi isə 900.000 manata satılıb.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə //clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
Cari ay üçün növbəti hərraclar 29 və 30 iyul tarixlərində keçiriləcək. İştirak etmək istəyən şəxslər Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay