Bu mənzillərin qiyməti bahalaşdı - Ekspertlər nə deyir?
Bu il ötən illərdən fərqli olaraq yay fəslində kirayə mənzillərin qiyməti ucuzlaşmadı.
Keçən il kirayə mənzil axtaran şəxslər daha uyğun kirayə mənzillər götürmək üçün yay fəslini gözləyirdilər.
Lakin bu il gözlənilən olmadı. Ev axtaran şəxslərin sözlərinə görə, bu il ucuz mənzil tapmaqdan əlavə həm də həmin evlərin qiyməti 50-100 manat bahalaşıb.
Bəs paytaxtda kirayə mənzil qiymətlərinin xarakterik olaraq ucuzlaşmamasının səbəbi nədir?
Mövzu ilə bağlı Valyuta.az-a fikirlərini bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, kirayə evlərin ucuzlaşmamasının bir neçə səbəbi var:
“Əvvəlki illərdə təqribən iyun ayının 15-dən avqust ayının sonuna qədər ali təhsil məktəblərində təhsil alan bölgələrdən gələn tələbələr də, paytaxta iş üçün üz tutan insanlar da öz evlərinə geri qayıdırdı.
Son bir neçə ildə isə artıq ali təhsil məktəblərinə imtahan verən şəxslərin qısa müddət ərzində universtetlərə qəbulla bağlı cavabları çıxır. İyun ayının sonu iyul ayının əvvəlində universititetlərə qəbulla bağlı cavablar məlum olduğundan, elə həmin vaxtdan da başlayaraq bölgələrdən Bakıya oxumağa gələn uşaqların valideynləri kirayə evlər axtarmağa başlayır. Ona görə də əvvəllər bu proses daha gec- avqust ayının ortalarından baş verirdisə indi vaxtlar üst-üstə düşdüyünə görə həmin evlərin qiymətinin ucuzlaşması baş vermir. Digər tərəfdən, paytaxtda köhnə, istismar müddətini bitirmiş çoxmənzilli binaların, fərdi yaşayış evlərinin söküntüsü gedir. Bu evlər də söküldükcə artıq bir çox ucuz kirayə evlər kirayə mənzil bazarından çıxmış olur. Onların yerində tikilən yeni tikili binalardakı evlərin kirayə qiyməti isə köhnə binalardakı mənzillərin qiymətlərindən 2 dəfə baha olur”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay