İnşaat və əmlak
25.07.2024 / 01:25
Mənzil bazarında durğunluqdur, amma qiymətlər enmir - (Video)
52362
Çıxarışlı evlərə tələbat çoxalıb. Nəticədə evlərin qiyməti də artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin mart-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə mənzillərin orta qiyməti artıb. Yeni tikilmiş mənzillər 10.3 faiz, köhnə binalarda olanlar isə 9.2 faiz bahalaşıb.
Valyuta.az-ın məlumatına görə, əmlak eksperti Elnur Fərzəliyevin fikrincə, mənzil bazarında durğunluq olsa da, qiymətlər enmir.
Məsələn, 4 il öncə olan mənzil qiymətlərinə nisbətən hazırda evlərin bir kvadratı 500-600 manat baha təklif olunur.
Ekspert onu da əlavə etdi ki, həyət evlərində qiymət artımının səbəbi isə çıxarışlı evlərə tələbatın artmasıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay