BAKU Azərbaycan
31.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8181
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.0518
  • 1 İngiltərə funt sterlinqi
    2.1497
49980

"Kütləvi massivlər “özbaşına tikililər” adı altında konsepsiya da işlənib, təsdiq olunacaq". 

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib. Onun sözlərinə görə, növbəti mərhələdə özbaşına yaşayış massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya dəyişiklikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək. 

Bəs görəsən, konsepsiya hazırlanarkən hansı nüanslar nəzərə alınacaq?

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, ilkin mərhələdə sənədləri nisbətən qaydasında olan evlərin qeydiyyatı mümkün olacaq: 

“İlkin mərhələdə sənədi qaydasında olan evlərin qeydiyyatına başlanacaq. Məsələn, bələdiyyə tərəfindən verilmiş sənədlər, digər sərəncamlar və digər hüquqi sənədlər əsas götürüləcək. Ümumiyyətlə, heç bir sənədi olmayan evlərə isə bu şamil olunmayacaq. Ona görə ki, belə evlərin heç bir qanuni əsası yoxdur. Hazırda yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin sənədləşmə apara bildiyi evlərin qeydiyyata alınması mümkündür. Sənədləşməsi mümkün olmayan evlərin sökülməsi və sakinlərin başqa ərazilərə köçürülməsi həcm olaraq həddən artıq böyük bir prosesdir”. 

Ekspertin fikrincə, paytaxın müxtəlif ərazilərində yerləşən və qeydiyyatı mümkün olmayan evlərlə bağlı problem olduqca ciddidir: 

“Elə ərazilər var ki, oradakı evlər inşaat və yaşayış normativinə uyğun tikilməyib. Məsələn, Bakının “Şanxay”, “NZS”, Keşlə, Yasamal və Alatava kimi ərazilərindəki evlər o qədər bir-birinə sıx tikilib ki, hər hansı fövqəladə hal zamanı yanğınsöndürən maşın müdaxilə edə bilmir. Bu kimi yerlərdə olan evlərə sənədin verilməsi o deməkdir ki, dövlət artıq öz normativlərini qorumur. Digər tərəfdən, bu evlərin sökülməsi məsələsi daha da qəlizdir. Əslində, bu illərdir davam edən ciddi bir problemdir. Ən yaxşı yol tikinti şirkətlərini həmin ərazilərə yönəltməkdir ki, orada şirkətlər hər bir vətəndaşla məsələni individual formada həll edə bilsinlər. İndi ən mühüm məsələ odur ki, tikinti şirkətləri də belə böyük həcmdə söküntüləri həyata keçirə bilməz. Həmçinin tikinti şirkətləri üçün bu ərazilər o qədər də əlverişli deyil. Düşünürəm ki, bu illər boyu həll olunmamış məsələ kimi qalacaq”.(yenisabah.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aylıq gəliri 3-5 min manat olan tədris mərkəzi 40 min manata satılır

Azərbaycanda qara və əlvan metalların ixracına görə gömrük rüsumları artırılacaq

“Unicapital”ın xalis mənfəəti 45 % azalıb

İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq “Məzun günü” keçirilib

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb

AYAK İB “Məşğulluq forumu” reallaşdıracaq – AGENTLİYİN DƏSTƏYİ İLƏ

Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM

“Azkredit”in xalis mənfəəti və kapitalı azalıb

KOBİA: Azərbaycanda ötən il meyarı böyüyən şirkətlərin sayı 5 mini ötüb

Azərbaycanda könüllü sığorta 20 % artıb

Xaricdən aldığımız yuyucu vasitələrin qiyməti ucuzlaşıb – Rəqəmlər

“Aqrar Sığorta”nın yığımları niyə azalıb? - Sədrdən AÇIQLAMA

Xarici ticarətdə profisit kiçilir - Bunun qarşısını necə almaq olar?

“Şablon suallarla işçinin potensialını kəşf etmək mümkün deyil”

Bakıdakı ödənişli çimərliklərin qiymətləri

Bakıdakı ödənişli çimərliklərin qiymətləri

Azərbaycanda ilk dəfə bəzi tələbələr ikili diplom əldə edəcəklər

Bakıda Parlament və Azadlıq prospektlərində hərəkət qismən məhdudlaşdırılır

“Azərbaycanda son 5 ildə orta maaşda 80 %-dən çox artım olub”

“Azərbaycanda son 5 ildə orta maaşda 80 %-dən çox artım olub”

Birbank Biznes-də SİF kreditindən yararlanma imkanı®

Bakıda 35, bölgələrdə 37 dərəcə isti olacaq

Bank of China ABŞ sanksiyalarına görə Rusiya bankları ilə əməliyyatları dayandırır

Faktiki hava açıqlanıb

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 32 %-dən çox azalıb

Təhlükəli yüklərin daşınması ilə bağlı şəhadətnamə verilməsinə başlanılıb

Bu küçədə hərəkət tam məhdudlaşdırılır

Azərbaycanda 5 bağlanmış bankın əmlakları hərraca çıxarılır

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi xarici universitetlərdən köçürülmək istəyən tələbələrə müraciət edib

Xaricdən aldığımız düyünün qiyməti bahalaşıb – Qiymətlər

Azərbaycan ilk dəfə kiçik su elektrik stansiyaları üçün karbon kreditləri alacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin