Bakıda ucuz qiymətə mənzillər satılır - Amma alan yoxdur

Redaktor

11.06.2024 11:57
728

Bakıda ucuz qiymətə mənzillər satılır - Amma alan yoxdur

Son illər Bakıda və Bakıətrafı qəsəbələrdə mənzil sahibi olmaq əməlli - başlı müşkülə çevrilib. Qiymətlər vətədaşlar üçün baha olduğundan, əksər insanların şəxsi evə sahib olmaq arzusu gözündə qalıb. Amma Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunmuş binalardakı hazır mənzillər isə alıcılara kifayət qədər münasib qiymətlərlə təklif olunur.

Yenisabah.az məsələnin təfərrüatını araşdırıb. Məlum olub ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan qəsəbəsində yerləşən birinci və ikinci yaşayış kompleksində satışa çıxarılan mənzillərin qiyməti bazarda təklif olunanlardan olduqca aşağıdır. Belə ki, hazırda birinci kompleksdə 1 otaqlı mənzillər 32 min 725, 2 otaqlı 42 min 415, 3 otaqlılar isə 57 min 120 manata təklif olunur. İkinci yaşayış kompleksində isə studio tipli mənzillər 34 min 085, 2 otaqlı 49 min 028, 3 otaqlı 61 min 897, 4 otaqlılarsa 83 min 895 manata satılır. Hər iki yaşayış kompleksində illik faiz dərəcəsi 4, minimal ilkin ödəniş isə alınan mənzilin qiymətinin 10 faizi dəyərindədir. Ödəniş müddəti isə 3 ildən 30 ilə qədər nəzərdə tutulur.

Bəs görəsən, bu mənzillərə niyə intensiv tələbat yoxdur?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu tip layihələr dövlətin sosial yönümlü layihələrindən olduğu üçün qiymətlər nisbətən aşağı təqdim olunur:

"MİDA-nın satışa çıxardığı mənzillər dövlətin sosial istiqamətdə bazara təqdim etdiyi layihələrdən biridir. Adından da göründüyü kimi, ucuz ev layihəsi adı altında həyata keçirilir. Ən çox xüsusi kateqoriyadan olan insanlar üçün nəzərdə tutulur. Cəmiyyətin çox hissəsi istəsə belə, MİDA-dan mənzil almaq imkanına malik deyil. Çünki həmin kateqoriyaya daxil deyillər. Bu mənada həmin mənzillərin bazar dəyərindən aşağı satışa çıxarılması başadüşüləndir”.

Ekspert mənzillərin ikinci dəfə kütləvi satışa çıxarılmasını isə bir sıra səbəblərlə əlaqələndirib:

"Qanunvericilik həmin evlərin 3 il müddətində bazara, dövriyyəyə təqdim olunmasına, alıb-satılmasına icazə vermir. Yalnız 3 il müddət tamam olduqdan sonra, həmin mənzillər satış predimeti ola bilər. Elan saytlarında bu evlərin kütləvi satışa çıxarılmasının isə müxtəlif səbəbləri ola bilər. Ola bilər ki, burada keyfiyyət və digər faktorların rolu olsun. Bəzən isə insanlar belə evləri sadəcə yatırım üçün alırlar və daimi yaşamırlar. Dediyim kimi, bu tendensiyaya səbəb olacaq müxtəlif səbəblər var”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...