BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
43948

Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının texniki cəhətdən təhlükəlilik vəziyyətinə görə prioritetləşdirməklə tərtib edilmiş siyahılar üzrə görüləcək tədbirlərin sistemləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupu tərəfindən təkliflərin hazırlanması ilə bağlı işlər aparılır.  

Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən və Fövqəladə Hallar Nazirliyi tərəfindən aşkar edilən qəzalı binaların təmir və bərpası istiqamətində işlərin görülməsi ilə bağlı proqram hazırlanıb. Lakin digər tərəfdən köhnə və artıq istismar müddəti bitmir binaların əksəriyyətinin isə yaxın zamanda planı şəkildə söküntüsü gündəmdədir. 

Bəs görəsən təmir-bərpa işləri aparılarkən bu nüanslara fikir verilirmi? Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu cür işlər sadəcə söküntüsü nəzərdə tutulmayan binalarda aparılır.

“Hər hansı bir binanın qəza riski varsa, ekspertizadan sonra onun sökülməsinə qərar verilir. Yox əgər onun dayanıqlılığı qalırsa və bina restavrasiya edib onun istifadə müddətini uzatmaq mümkündürsə, onda bərpa işləri aparılır. 

Elə binalar var ki, onlar tarixi əhəmiyyət daşıyır və onların istismar müddəti başa çatsa da, onları bərpa etməklə saxlayırlar. Çox zaman bu cür binaların söküntüsü həyata keçirilmir, əksinə, onların bərpa-gücləndirmə işləri aparılır və restavrasiya edilir. Lakin söküntüsü nəzərdə tutulan binaların təmir edilməsinə ehtiyac yoxdur”. 

Ekspert həmçinin sadəcə tarixi əhəmiyyətli binaların restavrasiya ediləcəyini qeyd edib.

“Sovet dövründən qalma beşmərtəbə və doqquzmərtəbəli binalar isə mərhələli şəkildə söküləcək. Bu qəbildən olan binalar heç bir tarixi əhəmiyyət daşımır və istismar müddəti demək olar ki, bitmək üzrədir. 

Hansısa binanın restavrasiya edilməsi üçün tarixi əhəmiyyətli olması və ya hansısa memarlıq nümunəsi olması mütləq şərtdir. Yoxsa hər hansısa “xuruşovka” binanın restavrasiyası hansısa məna daşımır. Sadəcə bu cür binalarda əgər əhali yaşayırsa və hər hansısa söküntü layihəsi nəzərdə tutulmayıbsa, o zaman sadəcə əsaslı təmir işləri həyata keçirmək kifayətdir”.

© yenisabah.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Mühüm açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin