BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
42644

Bakının demək olar ki, hər yerində sürətlə yeni binalar tikilir. Müxtəlif qiymətə təqdim olunan mənzillərdən dəniz mənzərəli, panoraması olanları daha baha satılır. Hazırda əmlak bazarında belə mənzillərin qiyməti digərlərindən azı 15-20 min manat fərqlənir.

İnsanların panorama üçün sərvət ödəməyə hazır olmasının bir səbəbi də var - bu, əmlaka dəyər əlavə edir. Lakin zövq aldığınız mənzərənin davamlı olacağına zəmanət verilirmi? Alıcılar sürətli gedən inkişafın gələcəkdə həmin mənzərəyə gətirə biləcəyi riski ölçüblərmi?

Bəs bu cür mənzillərin qarşısında başqa bir bina tikildikdə və ya vəd edilən panorama hər hansı səbəbdən bağlandıqda alıcının hüquqları necə qorunur?

“Qafqazinfo” bu suallara cavab tapmaq üçün “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ilə əlaqə saxlayıb.

R.Osmanlı bildirib ki, burada hüquqların qorunması məsələsi əksər hallarda pozulur: “Dəniz mənzərəli ərazidə yerləşən yaşayış kompleksi ilə bağlı tikinti şirkəti vətəndaşlara maraqlı layihə təqdim edir və bütün binalardan dəniz mənzərəli mənzillərin olması ilə bağlı vədlər verir. Birinci binalar tikilib satıldıqdan sonra isə ortaya yeni sürpriz çıxır ki, həmin binaların qarşısında başqa binalar da tikiləcək və bu, görüntü məsələsinə ciddi problem yaradacaq. Bu halda vətəndaş baha qiymətə aldığı mənzili məhkəmə qaydasında geri qaytarmaq barədə düşünə bilər. Təəssüf ki, əksər hallarda bu hal baş vermir, çünki mənzillər müqavilə ilə alnır və s. Bir çox hallarda isə istehlakçı düşünür ki, məhkəməyə get, vəkil tut, müəyyən qədər xərc çək, vaxt, enerji, əsəb itkisi... Bu, həqiqətən ciddi problemdir və hesab edirəm ki, Azərbaycanda tikinti şirkətləri tərəfindən daha çox istehlakçıların aldadılması və onların hüquqlarının pozulması elementi kimi qəbul oluna bilər”.

Mövzu ilə əlaqədar daşınmaz əmlak məsələləri üzrə digər ekspert Elnur Fərzəliyev isə qeyd edib ki, vətəndaş mənzil alanda panorama böyük rol oynayır: “Burada mənzilin hansısa meşəyə, dənizə baxmasından əlavə, evin işıqlandırılması da rol oynayır. Paytaxt ərazisində sıx tikilmiş massivlər, binalar var ki, evin işıqlanması və günəş işığının düşməsində ciddi problemlər yaşanır. Bu baxımdan həmin ərazilərdə satış qiymətləri nisbətən ucuz olur. Bir çox hallarda isə vətəndaşlar dəniz mənzərəli mənzil alırlar, amma bəlli zamandan sonra həmin binanın qarşısında başqa bina inşa edilir. Baha qiymətə alınan mənzil öz dəyərini itirir. Tikinti şirkətləri bu baxımdan heç bir məsuliyyət daşımırlar. Çünki şirkət sırf tikdiyi mənzili satır və ona cavabdehdir. Burada zərər görən tərəf istehlakçı olur”.

E.Fərzəliyev vurğulayıb ki, bu cür məsələlərdə vətəndaşlar özləri birmənalı olaraq ayıq-sayıq olmalıdırlar: “Mənzil alınanda sənədləşmə, hüquqi tərəf və digər tərəflərlə bağlı mütəxəssisə müraciət olunmalıdır. Vətəndaşlar əgər panoramanın, görüntünün qarşısının kəsilməsini istəmirlərsə, binanın qarşısında hər hansı inzibatı binanın olmasına diqqət etməlidirlər. Məsələn, mənzilin qarşısında sökülməyəcək orta məktəb, uşaq bağçası və ya dövlət binası olmalı və ya mənzil hansısa magistral yola, parka baxmalıdır. Pəncərədən baxıb harasa görünür deyə mənzil almaq yox araşdırmaq, düşünmək lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Britaniya 2025-ci ildə G7-nin ən zəif iqtisadiyyatına çevriləcək

Aşağı büdcə ilə səyahət edə biləcəyiniz 10 Avropa şəhəri

Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək

Bazar günü imtahan olacaq

“Baku Steel Company” şirkətində yeni təyinat

Bəzi təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Xarici turistləri rayonlara necə cəlb etmək olar?

Bu il Düşənbədən Bakıya aviareys açılacaq

Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar

Azərbaycan bu ay Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlanıb

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Zabratda evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur

FT: Ağ Evin yeni anti-Rusiya sanksiyaları bu fiziki şəxs və banklara təsir edəcək

DSMF-lə “Ofis Aləmi” arasında alqı-satqı qalmaqalı

KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır

"Google" ağdərili İT işçilərini kütləvi şəkildə işdən çıxarır, onları miqrantlarla əvəz edir

Azərbaycanda 3 ayda 400 min tona yaxın benzin istehsal olunub

Baş memarın şirkəti məhkəmə qarşısında - "EL & EN" Firması hansı qaydaları pozub?

Sabah yağış yağacaq

Məcnun Məmmədov FAO-nun nümayəndəsi ilə görüşdü

Tiktokerlər nə qədər vergi ödəməlidir?

Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək

3 ayda ölkəmizdə 13 min tondan çox pendir və kəsmik istehsal olunub

Aqrar Sığorta Fondunun ödənişlərinin artması fermerlərin fəaliyyətinə necə təsir edəcək?

Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları dəyişdi

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir

1274 nəfər rezidenturaya imtahan verəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin