BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
40724
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) sədri Anar Quliyev, tarixi binaların üstünlük təşkil etdiyi ərazilərin qorunub saxlanılacağı ilə bağlı bəzi açıqlamalar verdi.
 
Xüsusi mühafizə olunan 1000 hektardan çox ərazidə hündürlüyü 5 mərtəbədən artıq binaların tikilməsinə icazə verilməyəcəyini söyləyən DŞAK sədri, həmin ərazilərdə tarixi abidələrin sıxlığının nəzərə alındığını və tikintiyə məhdudiyyət qoyulduğunu da diqqətə çatdırdı.
 
Onun sözlərinə görə, xüsusilə şəhərin mərkəzində də tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.
 
Baş Planda nələr əks olunub?
 
Qeyd edək ki, Bakı şəhərinin yeni Baş Planında da, tarixi ərazilərin mühafizə olunacağı və orada hündürmərtəbəli binalarının tikintisinin qarşısının alınacağı birmənalı şəkildə təsbit olunub.
 
Sənəddə, mühüm əhəmiyyətə malik mərkəzi ərazilərin, yəni şəhər nüvəsini əhatə edən Bakının Mərkəzi Planlaşdırma Rayonunun konkret sərhədləri əks olunub. Şəhərin tarixi simasına xələl gətirməmək məqsədilə həmin rayonun hüdudları daxilində yerləşən ərazilərdə aparılacaq gələcək inkişaf tədbirləri üzrə müəyyən qaydaların tətbiqi nəzərdə tutulur.
 
Bu ərazilər hansılardır?
 
Xüsusi mühafizə zonasının ərazisi şəhərin mərkəzi hissəsini əhatə edir. Daha dəqiq desək, Kövkəb xanım Səfərəliyeva, Salatın Əsgərova, Dənizkənarı Bulvardan Bayraq meydanına qədər olan ərazi xüsusi mühafizə zonasına daxil edilib.
 
Bura tarixi bina və abidələrlə müasir memarlığa malik tikililərin ahəngi ilə səciyyələnir və daxilində yeni inkişaf əraziləri (nöqtəvi inkişaf imkanları və ya köhnə sənaye əraziləri), habelə mədəni və tarixi irsin qorunması imkanları (konservasiya və ya bərpa) inkişafın şəhərin tarixi simasının və canlılığının qorunaraq həyata keçirilməsi baxımından əsas rolu oynayır. Ona görə ki, ərazidə Bakının simasını və mədəni irsini təcəssüm etdirən çoxlu sayda qeydiyyata alınmış abidələr və tarixi binalar yerləşir.
 
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan memar Cahid Həsənov, əvvəlki dövrlərdən fərqli olaraq, yeni təqdim olunan Baş Planda Bakının gələcək siması ətraflı əks olunduğunu diqqətə çatdırıb:
 
"Xüsusilə də 5 mərtəbəli binaların olduğu ərazilərin qorunması ilə bağlı məsələlərin qeyd olunması çox mühümdür. Bir neçə il əvvələ qədər paytaxtın tarixi-memarlıq ansamblları vardı. Ancaq onların yaxınlığında 15-18 mərtəbəli binaları inşa edilməsi istər məhəllə daxilində, istərsə də şəhərin ümumi planı çərçivəsində vizual görüntüsü pozuldu”.
 
Dünyada tarixi binalar belə qorunur, amma bizdə...
 
Memarın sözlərinə görə, bir çox ölkələrdə tarixi-memarlıq abidələrinin və binalarının qorunması sahəsində böyük təcrübə əldə edilib:
 
"Həmin ölkələrdə turistləri cəlb etmək üçün belə binaları və abidələri qoruyur, restavrasiya edirlər. Üstəlik onlarla bağlı videoroliklər, reklam çarxları hazırlayırlar və turistlərə təqdim edirlər. Onlar da bu videolara baxmaqla, binalar və ya abidələrlə bağlı ətraflı məlumat əldə edirlər.
 
Bizdə isə Bakının bütün nöqtələrində qədim və tarixi binalar kifayət qədərdir və bundan istifadə etməklə, xeyli sayda turist cəlb etmək olar. Amma bir çoxunun yaxınlığında və ya ətrafında 9-18 mərtəbə arasında hündür binalar inşa ediblər. Bununla da həmin abidələr vizual baxımdan öz qədimliliyini, əhəmiyyətliyini itirir və artıq əvvəlki kimi turist cəlb etmək olmur”.
 
Müsahibimizin sözlərinə görə, yeni Baş Plan bu cür halların qarşısını almaq üçün hazırlanıb:
 
"Əsas məqsəd, tarixi binaların və abidələrin olduğu ərazilərin vizual görüntüsünün və qədimliliyinin qorunub saxlanılmasıdır. Təbii ki, şəhər yenilənməli, müasirləşməli və modern üslubda binalar tikilməlidir. DŞAK da problemə bu konkekstdən yanaşaraq, tarixi əraziləri təyin etməyə başlayıb. Yerli icra hakimiyyəti orqanları da belə yerlərdə özəl sahibkarların hündürmərtəbəli binaların tikintisinə sərəncam verə bilməyəcək”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin