BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
40276

Bakı şəhərində və Abşeron rayonunda mənzilləri çıxarışla təmin olunmayan bir çox yaşayış binaları mövcuddur. Onların arasında inşası tamamlanan və hətta istismara verilən binalar da var. İstismara verilən mənzil sahibləri isə illərdir çıxarışlarını ala bilmirlər. 

Valyuta.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, çıxarış verilməyən binaların müəyyən problemləri mövcuddur.

Onun sözlərinə görə, bu problemlərin hələ də həll olunmaması çıxarışla bağlı məsələni uzadır. Ekspert bildirib ki, əsas problemlərdən biri təhlükəsizliklə bağlıdır: 

"Hansı ki, həmin binalar dövlət tərəfindən istismara qəbul edilməyib. Çünki həmin binaların davamlılığı Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri ilə təmin olunmayıb. Ona görə də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu binaların çıxarışla təmin olunması mümkün olmayacaq". 

R.Qasımzadə vurğulayıb ki, digər problemlərdən biri binaların inşa edildiyi torpaqlarla bağlıdır: "Həmçinin Mənzil-Tikinti Kooperativləri (MTK) və ya məhdud məsuliyyətli cəmiyyət (MMC) tərəfindən binanın özəlləşdirilməməsidir. Yəni dövlət torpaqlarında tikilən binanın alt torpaq sahələrinin özəlləşdirilməməsi çıxarış verilməsini qeyri-mümkün hala gətirir. Təəssüf ki, bəzi tikinti şirkətləri məlumat vermədən dövlət torpaq sahələrində bina inşa edir. Hətta bununla bağlı bir sıra məhkəmə işləri də var. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin MTK-lar məhkəməyə verilib və torpaq sahəsinin özəlləşdirilməsi tələb olunub. Bundan başqa, əksər binalarda hüquqi məsələlərdən yaranan problemlər də az deyil. Xüsusilə də Baş Prokurorluq tərəfindən araşdırılan binalarda bir mənzilin bir neçə nəfərə satışının həyata keçirilməsi aşkarlanıb. Ona görə də həmin binalar hələlik çıxarışla təmin olunmayıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin