BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
40156

Azərbaycanda ən mübahisəli məhkəmə işləri sırasında yanğın hadisələri ilə bağlı olanlar xüsusi yer tutur. Belə ki, bu sahədə vahid məhkəmə praktikası olmadığı üçün bəzən məhkəmələr ekspert rəyləri və şahidlərin fikirlərini nəzərə almadan qərar verə bilirlər.

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı yanğın hadisələri üzrə ixtisaslaşmış hüquqşünas Tural Şükürov “Qafqazinfo”ya bildirib ki, qüvvədən düşmüş SSRİ Ali Məhkəməsi Plenumunun “Məhkəmələrin yanğınlara dair tətbiqi təcrübəsi haqqında” 1989-cü il 02 mart tarixli qərarında vahid məhkəmə təcrübəsi mövcud olub. Qərar SSRİ məkanında fəaliyyət göstərən məhkəmə və istintaq orqanlarına yanğın hadisələrinin araşdırılması ilə bağlı xüsusi istiqamət verirdi. Lakin qərar müstəqilliyimizin bərpasından sonra qüvvədən düşüb və bundan sonra hər hansı təcrübə formalaşmayıb.

Hazırda yanğın hadisələrinə görə qaldırılan məhkəmə işlərində hakimlərin ekspert rəylərinə və s. sübutlara əsaslanmaması ədalətli qərar çıxarılmasına mane olur: “Adətən yanğın hadisələrində daha dolğun rəy verə bilən şəxs bu işin mütəxəssisləri sayılan ekspertlərdir. Hakim yanğın üzrə ixtisaslaşmış şəxs olmadığı üçün yalnız qanunlara əsaslanıb qərar çıxarır. Lakin qərar çıxarılarkən bəzən ekspert rəyləri, ümumiyyətlə, nəzərə alınmır. Təəssüflər olsun ki, bəzi hallarda hakimlər sadəcə öz təxəyyülü əsasında qərar çıxarır.

Məsələn, hazırda mənim nümayəndə kimi çıxış etdiyim bir işdə analoji durum yaşanmaqdadır. Belə ki, 8 il əvvəl Saatlıda yerləşən “Araz-Şöhrət” şirkətinə məxsus Ticarət Mərkəzində irimiqyaslı yanğın hadisəsi baş verib və hadisə nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. Bir çox sahibkarların iqtisadi fəaliyyəti dayanıb. Amma yanğının baş verməsində təqsirli şəxslərin bəziləri cinayət, o cümlədən mülki məsuliyyətdən yayınıblar. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 4 avqust 2023-cü il tarixli ekspert rəyində göstərilib ki, “Araz-Şöhrət” şirkətinə məxsus ticarət mərkəzində Nadir Rzayevin istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttini yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkdiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerlərini sıxaclama üsulu ilə birləşdirmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.4, 6.5 bəndlərinin və “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2,1.1.15, 2.1.2.3, 2.1.2.10 bəndlərinin tələbləri həmin xəttin çəkilməsini həyata keçirmiş çilingər Qubad Əhədov tərəfindən pozulub”.

Vəkil bildirib ki, elektrik xəttinin ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkildiyini nəzərə aldıqda aydın olur ki, xəttin yolverilməz üsulla çəkilməsinə nəzarət aparıImadığına görə, yanğın təhlükəsizliyi qaydalarının 1.2, 1.9 bəndlərinin tələbləri “Araz-Şöhrət” şirkətinin vəzifəli şəxsləri tərəfindən pozulub: “Qaydalara riayət olunmaması isə yanğına gətirib çıxarıb. Ekspert rəyi və digər sübutların olmasına baxmayaraq, “Araz-Şöhrət” şirkətinin vəzifəli şəxsləri, o cümlədən müəssisənin özü mülki və s. məsuliyyətdən yayınıblar. Məhkəmələr isə “Araz-Şöhrət”i və onların vəzifəli şəxslərini mülki və s. məsuliyyətə cəlb etməməkdə maraqlıdır. 

Ümumiyyətlə, ölkəmizdə ticarət mərkəzi və bazarlarda baş verən yanğınlarda vəzifəli şəxslər məsuliyyətdən yayınırlar. Bu cür yanaşma da gələcəkdə yenidən ticarət mərkəzi və bazarlarda yanğınların baş verməsinə gətirib çıxarır.

Hazırda analoji iş üzrə Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Əhmədovun sədrliyi ilə icraat aparılır. Ümid edirəm ki, məhkəmə bu iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla ədalətli qərar çıxaracaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin