BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
39073

Bakıda bağ evlərinə tələbatın daha yüksək olduğu ərazilər açıqlanıb.

Rieltor Mülkədar Rüstəmov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, hazırda şəhərətrafı ərazilər olaraq Mərdəkan, Şüvəlan, Nardaran, Buzovna, Bilgəh qəsəbələrində bağ evlərinə tələbat daha yüksəkdir. 

Onun sözlərinə görə, bu ərazilərdə yerləşən bağ evlərinin qiyməti 35-50 milyon manat civarında dəyişir. Şəhərin özündə isə Badamdar qəsəbəsində yerləşən bağ evlərinə tələbat daha çoxdur:

"Badamdarda Birinci və İkinci massivdə yerləşən bağ evlərində torpağın 1 sotunun qiyməti 200 000 manat civarındadır. Villaların qiyməti isə 25-30 milyon manat təşkil edir. Yəni bu ərazidə minimum məbləğ 2 milyon manatdan başlayır. Bundan başqa, bahalı bağ evləri şəhərin mərkəzi istiqamətində Teymur Əliyev küçəsində yerləşən "Milyonerlər məhəlləsi"ndədir. Eyni zamanda Məmməd Araz küçəsi, Həsən Əliyev Küçəsi, İnqilab İsmayılov küçəsinin kəsişməsində də bahalı evlər var".

M.Rüstəmov vurğulayıb ki, son zamanlar Masazır və Saray qəsəbələrində bağ evləri ilə bağlı aktivlik müşahidə olunur: "Xüsusən də Masazırda sıravi vətəndaşlarla yanaşı, bəzi deputatların da mülkləri var. Masazırda ən bahalı bağ evləri 1 milyon manatdan başlayır. Ümumilikdə isə burada çox da bahalı bağ evləri mövcud deyil".

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə İqtisadiyyat.az-a açıqlamasında bağ evlərinə tələbatın az olduğunu açıqlayıb. 

Onun sözlərinə görə, bağ evləri satışa çıxarılandan sonra ən azı 1 il ərzində satılır. Hətta bəzi hallarda bahalı bağ evlərini 2-3 ildən sonra satmaq mümkün olur: 

"Ümumilikdə, bu gün Bakı və şəhərətrafı ərazilərdə, Abşeron yarımadasının müxtəlif ərazilərində kifayət qədər bahalı olan dənizkənarı bağ evlərinə rast gəlmək mümkündür. Bu bağ evlərinin qiyməti 5-15 milyon manat və daha yuxarı məbləği əhatə edir. Bağ evin yerləşdiyi torpaq sahəsinin qiymətinin yüksək olması, eyni zamanda bağ evinin özünəməxsus özəllikləri qiymətin təyin olunmasında cidd rol oynayır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin