BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
38473

Həyət evləri və binalardan mənzil alarkən mütləq birinci növbədə, həmin əmlakın dövlət reyestrindən çıxarışının olub-olmamasına diqqət etmək lazımdır".

Valyuta.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

O, hazırda xüsusən də Bakıda satılan bir çox həyət evlərinin sənədsiz olduğunu xatırladıb. Ekspert gələcəkdə hər hansı bir problemlə üzləşməmək üçün ilk növbədə daşınmaz əmlakın dövlət reyestri xidmətindən əmlakın çıxarışının olub-olmamasını yoxlamağın vacibliyini vurğulayıb:

"Lakin çıxarışın olması sənədlərin tam qaydasında olması demək deyil. İkinci növbədə, vətəndaş torpaq sahəsinin təyinatına diqqət etməlidir. Torpağın təyinatı yaşayış məntəqələrinin torpaqları olmalıdır. Bütün bunlar çıxarışda öz əksini tapmalıdır. Əgər belədirsə və torpaqla yanaşı fərdi yaşayış evi də eyni çıxarışda əks olunubsa, artıq bu sənəd vasitəsilə notariat qaydada alqı-satqı etmək olar. Notariatda alqı-satqı edən zaman vətəndaş bilməlidir ki, torpaq sahəsinə və fərdi yaşayış evinə görə vergi müəyyən olunub. Fərdi yaşayış evinin 30 kvadratdan artıq hissəsinə görə vergi rüsumu müəyyən edilmişdir. Bu vergi satıcı tərəfindən ödənməlidir".

O, bəzən insanların həyət evləri alarkən bələdiyyə sənədləri vasitəsi ilə aldadıldığını söyləyib və vətəndaşları birmənalı şəkildə belə sənədlərə aldanmamağa çağırıb:

"Birmənalı olaraq bilmək lazımdır ki, fərdi yaşayış evinin alqı-satqısı üçün əsas sənəd dövlət reyestri tərəfindən verilən çıxarışdır. Hər hansı bir fərdi yaşayış evini almazdan öncə əvvəlcədən baxış keçirmək, oranın kommunikasiya və kommunal xətlərinin mövcudluğuna diqqət etmək vacibdir. Evi aldıqdan sonra suya, elektrikə və digər kommunal borcun olması ortaya çıxa bilər. Belə hallarla qarşılaşmamaq üçün satıcıdan borcun olub-olmaması ilə bağlı arayışın tələb olunması lazımdır. Bundan əlavə, hər bir fərdi yaşayış evinin hündürlüyünə mütənasib olaraq onun 0,3 əmsalında ara məsafəsi olmalıdır. Məsələn, 6 metr hündürlüyü olan evin qonşu evdən məsafəsi ən azı 2 metr olmalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb - İlk dəfə TOP-5-də

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək

Bu rayona yeni icra başçısı təyin edildi - Sərəncam

Neft Fondunun səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb

Xaricdən quş ətini neçəyə alırıq?

“Küçələrdə qalmışam “Yeni Ailə” MMC tikinti şirkəti kupçanı da, 9 aydır kirayə pulumu da vermir...” - ŞİKAYƏT

Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Yapon valyutası son 34 ilin ən aşağı səviyyəsinə düşdü

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin