BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
36060

Zəngilan şəhərinin Baş planının detalları açıqlanıb.

Valyuta.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, 30 il öncə Ermənistanın işğal edərək tamamilə talan etdiyi Zəngilan şəhəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə azad edilərək bugün yenidən canlanır, öz intibah dövrünə qədəm qoyur. Dövlət başçısının göstərişinə əsasən, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərin Baş planı hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq 30.10.2023-cü il tarixində Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib. Zəngilanın Baş planının hazırlanması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nüfuzlu beynəlxalq şəhərsalma təşkilatı – İsveçrənin “sa_partners” şirkətini və Bakı Dövlət Layihə İnstitutunu əməkdaşlığa cəlb edib.

Baş planın konsepsiyasına əsasən, Zəngilan logistika, turizm və ticarət, bərpa olunan enerji, müasir innovasiyalar mərkəzi kimi inkişaf etdiriləcək. Şəhərin beynəlxalq əhəmiyyəti nəqliyyat dəhlizinin üzərində yerləşməsi onun strateji məntəqə rolunu gücləndirəcək, sürətli inkişafına töhfə verəcək. Şəhərin bilavasitə yaxınlığında ən müasir dünya standartlarına uyğun inşa edilərək artıq istismara verilmiş Zəngilan Beynəlxalq Hava Limanı, inşası davam edən magistral dəmir və avtomobil yolları onu əhəmiyyətli regional logistik mərkəzə çevirəcək.

Eyni zamanda şəhər gözəl iqlimi, mənzərəli landşaftı, yaşıl çayətrafı bulvarı və digər ictimai məkanları, habelə “ağıllı şəhər”, “ağıllı mobillik” və “yaşıl enerji” yanaşmaları, zövqlü memarlığı, rahat şəhər mühiti və müasir sosial infrastrukturu sayəsində yüksək həyat keyfiyyəti ilə seçiləcək.

Zəngilan şəhərində yaşayış ərazilərinin və ictimai məkanların uğurlu plan həlli yüksək yaşıllaşdırma göstəricilərinə nail olmağa imkan verir. Belə ki, Baş plana uyğun olaraq şəhər ərazisinin 135,2 ha (40,5%) sahəsini yaşıllıqlar təşkil edir. Şəhərlərdə ümumi istifadədə olan yaşıllıq sahəsinin bir adama düşən norması qanunvericiliklə 8-10 m2 nəzərdə tutulduğu halda, Zəngilan şəhərində bu göstərici 44,7 m2 təşkil edəcək.

Şəhərin Baş Planı ilə ümumi ərazisi – 333 ha, əhali sayı isə – 16000 nəfər olacaq.

Şəhərdə yaradılacaq əsas təhsil, inzibati, səhiyyə və mədəniyyət obyektləri:

- 960 uşağın təhsil alacağı 4 məktəbəqədər təhsil müəssisəsi,
- 2880 şagird yerlik 3 ümumtəhsil müəssisəsi,
- mərkəzi rayon xəstəxanası və ambulator poliklinika,
- inzibati bina,
- mədəniyyət mərkəzi,
- İşğal və Zəfər muzeyləri kompleksi və s.

Şəhərdaxili küçə-yol şəbəkəsinin uzunluğu 29 km, velosiped yollarının uzunluğu isə 14,6 km kimi nəzərdə tutulub. Şəhərin memarlıq simasını milli ənənələri özündə qoruyan müasir və minimalist həllər, eləcə də zəngin təbiəti, sağlam və yaşıl mühiti formalaşdıracaq. Binaların inşasında əsasən yerli materiallardan istifadə olunacaq. Fasadlarda təbii daş və boya, taxta elementlərinə üstünlük veriləcək.

Şəhərin Baş planı əsasında ilk mühüm layihələr artıq reallaşdırılmışdır. Bunlar, təbii ki, Zəngilan Beynəlxalq Hava Limanı və 29 sentyabr 2023-cü il tarixində dövlət başçısının da iştirak etdiyi II Milli Şəhərsalma Forumuna ev sahibliyi etmiş Zəngilan Konqres Mərkəzidir.

Eyni zamanda, hazırda şəhərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş bir sıra layihələr sürətlə həyata keçirilməkdədir:

- 630 ailənin yaşayacağı 4 yaşayış məhəlləsi;
- 960 yerlik tam orta məktəb;
- 160 yerlik uşaq bağçası;
- 91 çarpayılıq mərkəzi rayon xəstəxanası;
- inzibati bina;
- İşğal və Zəfər muzeyləri kompleksi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin