BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
32415

Bu gün dünyanın müxtəlif ölkələrinə səyahət edən turistlər otellərdən daha çox günlük kirayə evlərdə qalmağa üstünlük verirlər. Onlar bunu həm qiymətlərin ucuzluğu, həm də öz rahatlığı ilə əlaqələndirirlər. 

Azərbaycanda günlük kirayə mənzil bazarı olsa da, bu o qədər də populyar deyil. Bəs hazırda bu bazarda vəziyyət necədir? Günlük kirayə mənzillərə daha çox paytaxtda, yoxsa bölgələrdə ehtiyac var? Bu evlərin günlük kirayə qiyməti necə müəyyənləşir?

Valyuta.az bu sualları əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə ilə müzakirə edib: 

- Paytaxta mənzillərin gündəlik kirayə verilməsi ilə bağlı vəziyyət necədir, bu mənzillərdən kimlər istifadə edir? Daha çox şəhərin hansı hissəsində bu mənzillər kirayə verilir və qiymətlər necə dəyişir?

- Əsasən şəhərin mərkəzi hissəsində sutkalıq kirayə verilən evlər çoxdur. Hazırda Bakıda gündəlik kirayə evlərin qiyməti 30 manatdan başlayaraq, 150 manata qədər artır. Otellər günlük kirayə evlərdən baha olduğu üçün orda qalmaq istəməyən xarici turistlər istifadə edirlər. Bir məsləni qeyd edim ki, artıq Bakıda xeyli adam müxtəlif platformalarla əməkdaşlıq edərək bu evlərin xidmətindən istifadə edir və evlərini kirayə verirlər. Bu dünyada geniş yayılmış metodlardan biridir. Həmin tətbiqdə günlük kirayə verilən evlərin sahiblərinin nömrələri, evin şəkilləri, digər lazımi məlumatlar əks olunur.

- Bildirdiniz ki, kirayə evlərdən daha çox xarici turistlər istifadə edirlər. Bəs yerli vətəndaşlar belə xidmətlərdən istifadə edirlərmi?

- Doğrudur, günlük kirayə verilən evlərdən əsasən xaricdən gələn turistlər istifadə edir. Yerli turistlər, rayonlardan Bakıya gələnlər az hallarda istifadə edirlər. Daha çox paytaxt əhalisi bölgələrə gedəndə günlük kirayə verilən fərdi yaşayış evlərindən istifadə edirlər. Bu daha çox İsmayıllı, Qəbələ, Quba, Qusar kimi turizm üçün əhəmiyyətli olan bölgələrimizdə yayılıb. Yerli turistlər ancaq bölgələrdə istifadə edirlər. Bakı şəhərində elə otellər var ki, qiymətlərini sutkalıq evlərlə bərabər edib, ona görə də rayonlardan gələnlər bu otellərə qalmağı üstün tutur.

- Ramil bəy, sanki bizdə vəziyyət bir az fərqlidir. Günlük kirayə evlər dedikdə yalnış anlaşılma olur. Bunun həmin evlərlə bağlı tələbata da təsiri olurmu? 

- Günlük kirayə ev turistlər üçün yalnış anlayış deyil. Yerli vətəndaşlar günlük kirayə evlər götürəndə bu müxtəlif cür yozulur. Nəzərə almaq lazımdır ki, bir çox hallarda ev sahibləri həmin vətəndaşlara evləri verməkdən imtina edirlər. Onlar əksər hallarda nikah müqaviləsi tələb edirlər. Bu artıq mentalitetlə bağlı olan məsələdir. Doğrudur, elə ev sahibi var ki, onun üçün fərqi yoxdur, hamıya müştəri gözü ilə baxır, mənzilini kirayə verir. Bəzi ev sahibləri də qonşuların narazılığı olmasın deyə, müəyyən səs-küylərin yaranmaması üçün bundan çəkinir. Hətta bəzən bəzi ev sahibləri xarici turistlərə mənzilləri kirayə vermirlər.

- Evi günlük kirəyə verməyin riskləri varmı?

- Bəli, risklər var. Çox vaxt ev sahibləri ehtiyat edirlər ki, bir neçə manat müqabilində evə ziyan vurula bilər, xüsusi ilə evin avadanlığını sıradan çıxarılar. Buna görə də bir çox ev sahibləri evlərini günlük kirayə vermirlər. Bu zaman onlar evi 50 manata kirayə verirsə, minimum 3 gün və daha artıq qalmaq şərti ilə verirlər. 

- Bu halların baş verməməsinin qarşısını necə almaq olar?

- Bu hallar baş verməsin deyə ev sahibləri mənzillərini, əşyalarını sığortalaya bilərlər ki, bu riskləri aradan qaldıra bilsinlər. Azərbaycanda da belə xidmət növləri var. Özüm də şahidi olmuşam ki, kirayə verilən evlərin əksəriyyəti avadanlıq qarışıq sığortalanır. 

- Paytaxtda, yoxsa, bölgələrdə bu cür evlərə ehtiyac daha çoxdur?

- Həm bölgələrdə, həm paytaxda gündəlik evlərə tələbat var. Yerləşməsindən asılı olaraq bölgələrdə fərdi yaşayış evlərini daha çox kirayəyə verməyə üstünlük verilir. verilir. Paytaxtda belə mənzillərin qiyməti 50 manatdan başlayaraq 150 manata qədər artır. Bölgələrdə isə gündəlik 30 manatdan başlayır, həmçinin bir günü 500 manata qədər olan kirayə fərdi yaşayış evləri də var.

- Bölgələrdə qiymətlərin belə baha olması nə ilə bağlıdır?

- Fərdi yaşayış evlərinin qiymətinin ucuz-baha olması onun yerindən, şəraitindən asılıdır. Əsasən baha olan fərdi yaşayış evlərinin çoxunun hovuzu olur. Gündəlik 50-100 manata olan evlər meşəliyə, dənizə, çaya yaxın ərazilərdə yerləşirsə, 100 manat daha baha təklif olunan evlərdə hovuz, manqal, yəni əlavə şəraitlər də var. Belə evlərdən həm yerli, həm də xarici turistlər istifadə edir. 

- Bölgəyə gələn turistlər günlük kirayə mənzillərə maraq göstərir? 

- Bəli, göstərirlər. Onlar çox vaxt paytaxtla yanaşı, bölgələri də gəzmək istəyirlər. Xüsusi ilə Quba, Qusar, İsmayıllı, Qəbələ turistlərin daha çox ziyarət etdiyi yerlərdəndir. Keçən illə müqayisədə bu il bölgədəki qiymətlərdə bir qədər artım müşahidə olunur. Sentyabr ayından başlayaraq qiymətlər bir az ucuzlaşacaq. Amma yay aylarında bir qayda olaraq fərdi yaşayış evlərin sutkalıq icarəsinin qiyməti bahalaşır. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

"Ford" 555 mindən çox avtomobilini geri çağırır

Hakim təyin olunanlardan 6-sı prokurorluq əməkdaşı imiş

Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu

Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır®

"AZFEN"-in rəhbəri vəzifəsindən azad edilib

Pensiyalar vaxtından əvvəl veriləcək

Bu startap kiberhücuma məruz qaldı - Müştəri məlumatları və serverlər silindi

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər

Sabahdan 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Xərçəng dərmanı üçün nəhəng ortaqlıq: 11,1 milyardlıq müqavilə imzalandı

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? - QAYDALAR

“İçərişəhər”ə direktor təyin edildi - FOTO

Ağdamda 9 milyonluq binalar tikiləcək

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Azərbaycanlı deputat vəzifəsini itirdi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Vaqif Tağıyev: 1 aylıq istilik enerjisi 24-80 qəpiyə başa gəlir, amma tarif 30 qəpik müəyyən olunub

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Prezident Minifutbol Federasiyasına iki milyon manat ayırdı

Almaniyanın polad sənayesi iflasa uğraya bilər

Çin yüzlərlə "Airbus" təyyarəsi alacaq

Deputata məxsus olduğu deyilən şirkət 10 milyonluq tender uddu

İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

Avtobus sürücülərinə tapşırıq verildi - RƏSMİ

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Azərbaycanda yaxın gələcəkdə çoxmərtəbəli binalara qaz verilməyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin