
Ekspertdən aktyorun eyvan və bloklarla bağlı iddiasına münasibət
“Aktyor güman ki, ənənəvi deyil, şəhərin mərkəzində olan ümumi həyət evlərinin eyvan və bloklarını nəzərdə tutur. Məsələn, söhbət “Bizim Cəbiş müəllim” kimi filmərin çəkildiyi həyətlərdən gedir”.
Bunu Valyuta.az-a açıqlamasında əmlak eksperti Elnur Əsədov aktyor Elcan Rəsulovun şəhərin mərkəzində olan binaların eyvan və bloklarının baxımsızlığı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Elnar Əsədov vurğulayıb ki, belə binaların eyvan və balkonlarının təmiri orada yaşayan sakinlərin öz öhdəsinə düşür:
“Həmin binaların vəziyyəti qənaətbəxs deyil, amma kimlərinsə digər məqsədlər üçün ora girişi-çıxışı tamamiylə başqa məsələlərdir. Həmin binalar tarixidir, köhnə binalardır, çoxu baxımsızdır. Qanunda yazılır ki, çoxmənzilli binaların idarə olunması həmin binada yaşayan sakinlərin üzərinə düşür”.
Elnur Əsədov bu gün həmin qanunun işləmədiyini qeyd edib:
“Təəssüflər olsun ki, vətəndaşlar pul yığıb, özləri müştərək cəmiyyət yaradıb, oranı idarə edə bilmirlər. Bu qanunda yazılıb, amma əməl etmirlər. Müştərək cəmiyyət yalnız təzə binalarda yaranır, harada ki, komendatların marağı var”.
Qeyd edək ki, aparıcı-aktyor Elcan Rəsulov şəhərin mərkəzində olan binaların eyvan və bloklarının baxımsızlığından şikayətlənib. Aktyor binanın baxımsız vəziyyətdə olmasından yararlanan şəxslərin blokda narkotikdən istifadə etdiyini vurğulayıb:
"Şəhərin mərkəzində binaların blokuna baxın. Buraya narkomanlar gəlir. Vəziyyət çox bərbaddır. Necə edək? Kimə deyək? Heç kimə" deyə, Elcan vurğulayıb”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay