Qaçqın və məcburi köçkünlərə verilən evin mülkiyyətçisi kimdir? (ŞƏRH)
“Bakı və onun ətrafında təhvil verilməyən və qaçqınlar üçün tikilən binaları satışa çıxartmaq qərarına gəliblər, satırlar. Növbəti mərhələdə keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş rayonlarda yenidən məskunlaşması nəticəsində boşalan evlərin təyinatı barədə hökumət qərar qəbul edəcək”.
Bu barədə Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
Akif Nəsirli hesab edir ki, məcburi köçkünlərə zamanında verilən evlər əslində dövlət əmlakıdır:
“Onların heç birinin özəlləşdirilmə çıxarışı yoxdur. Dövlət tərəfindən verilən evlərə çıxarış deyil, order verilib. Yəni, bu o deməkdir həmin evlər dövlət əmlakıdır, məcburi köçkün və ya qaçqın həmin evlərdə dövlət hesabına yaşayır. Məsələn, Bakıda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkün rayona köçüb orada evlə təmin edilirsə, hesab edirəm ki, hökumət həmin vaxt vətəndaşa dövlət çıxarışı verəcək. Çıxarış o deməkdir ki, həmin əmlak vətəndaşa aiddir və onun mülkiyətidir. O zaman Bakı və onun ətrafında məcburi köçkünə verilən evlər dövlət əmlakı olaraq qalır. Onun üzərində qərar, sərəncam vermək hüququ dövlətə verilir. Dövlət isə həmin evləri ehtiyacları üçün istifadə edəcək”.
Akif Nəsirlinin sözlərinə görə, dövlətin təminatında olan müəyyən zümrə var ki, onları evlə təmin edir:
“Şəhid ailəsi, qazi, əlillərə ev verilir. Həmin evlər bu kimi ehtiyaclar üçün istifadə oluna bilər və artıq buna dövlət sərəncam verəcək. Bu hansı formada istifadə olunacaq hökümətin qəbul etdiyi qərardan asılı olacaq”.
Qeyd edək ki, Böyük Qayıdış çərçivəsində indiyədək 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 221 ailə (858 nəfər) Laçın şəhərinə köçürülüb.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay