Ağalar Vəliyevin şirkəti insanların həyatını riskə atıb: “Kristal Abşeron”un iki binası əyilib (FOTO)
Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu-PARK 1” yaşayış kompleksində bir neçə bina qəzalı vəziyyətə düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə qlobal.az məlumat yayıb.
Bildirilir ki, "Qobu-PARK 1” yaşayış kompleksində 4 və 8 saylı binalar qəzalı vəziyyətdədir.
8 saylı binada problemin bir il əvvəl təməl sistemində yarandığı bildirilir. Tikinti zamanı ərazidə geoloji kəşfiyyatın düzgün aparılmaması və katlavan işlərinin keyfiyyətsiz görülməsi binanın əyilməsinə gətirib çıxarıb.
Problemin qarşısının nisbətən alınması üçün ötən il 8 saylı binanın təməl hissəsinə 35 kub metrədək beton tökülüb. Amma buna baxmayaraq, hazırda binada çox ciddi problemlər var.
Podratçı şirkətin mühəndislərinin və yerli hökumət nümayəndələrinin dəfələrlə əraziyə gələrək baxış keçirdikləri, ancaq ciddi tədbir görmədikləri vurğulanır.
Məlumatda qeyd edilir ki, güclü külək əsəndə 4 saylı binada da hiss ediləcək qədər yırğalanma baş verir.
Bütün bunlardan ciddi narahatlıq keçirən sakinlər hər an ağır faciələr baş verə biləcəklərini deyirlər.
Qeyd edək ki, "Qobu-Park 1” Yaşayış kompleksinin podrat işlərini "Kristal Abşeron” MTK həyata keçirib. Mediada yazılanlara görə, "Kristal Abşeron” MTK Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay