BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
21759

Son illərdə Bakıda vüsət alan pilot layihələr könhə binaları yeniləməklə yanaşı bir sıra problemlər də gətirib. İstismar müddəti başa çatan binalardan sakinlərin köçürülməsi zamanı onların tələblərinin yerinə yetirilməsi, yeni binalara köçən vətəndaşların sənədləşməsi, binaların vaxtında təhvil verilməməsi kimi problemlərlə az qala hər addımda rastlaşırıq.

Yeni binalar həm də plansız məskunlaşma çətinliklərini gündəmə gətirib. Sökülən 5 mərtəbəli 4 və ya 5 bloklu binanın yerində 15-16 mərtəbəli 3 bloklu bina ucaldılır. Onun bir hissəsini köhnə sakinlərə geri qaytarılsa da qalan mənzillər digər vətəndaçlara satılır.Beləliklə, binanın sakinləri artır, lakin həyətyanı sahəsi, avtomobil dayanacağı, yaşıllıq ərazisi artmır, bəzi hallarda hətta azalır. Bu da şəhərdə sıxlığın artmasına, yeni parkinq probleminə, sosial xidmətlərə tələbin artmasına səbəb olur.

Mütəxəsislər hesab edirlər ki, bütün bunlar paytaxda tikinti işlərinin plansız aparılması, gələcək addımların nəzərə alınmamasının nəticəsidir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev İndex.az-a açıqlamasında bu sahədə ciddi araşdırmalara və planlara ehtiyac olduğunu deyib:

“Bakının ən son baş planı 1986-cı ildə təsdiq edilib. Bütün binaların ara məsafəsi, səkilər, məktəblər, xəstəxanalar, hətta avtobus dayanacaqları və nömrələri həmin baş plana uyğun tərtib olunub, tikilib. Amma bu gün Bakı şəhərində baş plandan söhbət gedə bilməz. Çünki binalar çox sıx şəkildə tikilib. Tutaq ki, 2 beşmərtəbəli bina sökülür və onların yerində 2 yeni 16 mərtəbəli bina tikilir. Burada ara məsafə normativləri pozulur, bir nəfərə düşən ümumi sahə, həyatahanı sahə, avtomobil dayacanaqları və yaşıllıq əraziləri məhv olur.
Bu baxımdan indi ciddi dövlət layihələri həyata keçirilməlidir, bu sahəyə nəzarət gücləndirilməlidir. Gələcəkdə həmin 16 mərtəbəli binaların istismar müddəti bitəndə nə olacaq? Onları söküb hansı binanı tikəcəklər ki, sakinləri yerləşdirsinlər. Planlama bu gün üçün hesablanmamalıdır. Gələcək illər də nəzərə alınmalıdır”.

Köhnə binaların yeniləri ilə əvəzlənməsi üçün əsaslı planların hazırlanmalı olduğunu vurğulayan E.Fərzəliyevin fikrincə, tikintilər zamanı şəhərin arxitektura normativlərinin pozulmasına yol verilməməlidir:

“Amma istənilən halda qəzalı əziyyətdə olan binalar sökülüb yeniləri ilə əvəz olunanda bu normativlər pozulur. Yəni, mütəxəssislər bu sahələrlə bağlı dövlət planları hazırlamalıdır. Bakının baş planı da hazırlanır. Ona mane olan yeni hündürmərtəbəli binaların olmaması üçün bu gündən addımlar atılmalıdır. Əks halda 5-10 il sonra biz indikindən daha ağır mənzərə ilə rastlaşacağıq”.

Ekspert yeni tikilən binalarda mənzil alan sakinlərin üzləşdikləri problemlərə də toxunub. Köhnə binaların yeləri ilə əvəzlənməsi zamanı sakinlərə dövlət zəmanətinin verilməsini vacib sayıb:

“Bu gün Bakı şəhərində 11 minə qədər köhnə çoxmərtəbəli yaşayış binası var. Onların sırasında beşmərtəbəli binalar üstünlük təşkil edir. 100-dən artıq binanı isə Fövqəladə Hallar Nazirliyi qəzalı kimi qeydiyyata alıb. Yəni, həmin binalar ən qısa zamanda sökülüb yeniləri ilə əvəzlənməlidir. Bu prosesə 2016-cı ildə start verildi. Həmin ildə istismara yararsız binaların yeniləri ilə əvəzlənməsi ilə bağlı fərman imzalandı. Sonradan həmin sənədə dəyişiklik edildi və daha çox qəzalı olan binaların söküntüsünə start verildi, onlara daha çox icazələr verildi. Çünki istismar müddətini bitirən binalar bundan sonra bəlkə də 20-30 il dayanıqlı qala bilər. Ancaq qəzalı vəziyyətdə olan binalar sökülməlidir. Ancaq yenilənmə prosesi dövlət tərəfindən aparılmır, özəl sektora həvalə olunub. Tikintiləri MTK –lar və ya tikinti şirkətləri olan MMC-lər həyata keçirir”.

Pilot layihələrin bir hissəsi uğurlu alınsa da bəzilərində müəyyən problemlər yaşanır. E.Fərzəliyev problemlərin daha çox sakinlərlə tikinti şirkətləri arasında yaşandığını deyib. Sakinlərin məlumatsız olmasının da prosesə mənfi təsir etdiyini vurğulayıb:

“Əksər hallarda sakinlər, mənzil sahibləri tikinti şirkətlərindən daha çox mənzil sahəsi tələb edirlər. Bu da təbii ki, tikinti şirkətlərinə sərf etmir. Sakinlərdə bəzən haqlı narazılıqlar yaranır. Tikinti şirkətləri binanı söküb tikirlər. Ancaq sakinlər seçim edə bilmirlər ki, bu şirkət həqiqətən də dayanıqlı şirkətdirmi. Keçmişi varmı, mənim evimi 2 ildən sonra təhvil verəcəkmi? Ona görə də dövlət tərəfindən sakinlərə bir zəmanət verilməlidir. Sənəddə qeyd edilməlidir ki, filan dövlət qurumu bu şirkətin sizin binanı söküb qoyulan tarixdə təhvil verəcəyinə zəmanət verir. Vətəndaşlara zəmanətin verilməməsi səbəbindən bir çox hallarda problemlər yaşanır”.

E.Fərzəliyev hesab edir ki, sadalanan problemlərin aradan qaldırılması üçün aidiyyatı dövlət orqanları hərəkətə keçməlidir. Həm tikinti şirkətlərinin, həm də sakinlərin hüquqları təmin olunmalıdır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Bank of Baku” növbəti dəfə keşbekləri məhdudlaşdırıb

Silikon Vadisində Azərbaycan dilində 2-ci “Breyn Rinq” oyunu təşkil olunub

Naxçıvanda daha bir yüksək vəzifəyə təyinat

Naxçıvanda daha bir yüksək vəzifəyə təyinat

"Azərbaycan Beynəlxalq Bankı" məhkəməyə verilib

İş yerinizi hansı hallarda tərk etməlisiniz?

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

Şənbə günü 32 dərəcə isti olacaq

Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Bu tarixdən sağlamlıq haqda arayışı elektron formada almaq olar

Bu tarixdən sağlamlıq haqda arayışı elektron formada almaq olar

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

Qlobal Dayanıqlı Turizm Şurasına üzv olmaq ölkəmizə nə qazandıracaq?

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü

Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər

Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur

Səyahət edərək necə pul qazanmaq olar?

2027-ci ildə yeni nəsil smartfonlar olacaq

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaq

Jurnalistə vəzifə verildi (FOTO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Avro və rubl bahalaşdı – Məzənnə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin