İnfrastruktur
10.12.2024 / 10:43
Quba-Xınalıq yolunda yeni körpünün inşası davam etdirilir
61094
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası davam etdirilir.
Valyuta.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Hazırda ərazidə betonlama işlərinə başlanılıb.
Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur.
İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay