BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8316
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1276
36109

2023-cü il oktyabr ayının birindən başlayaraq çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Qanunlara edilən dəyişikliklərə əsasən, tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Yəni hər hansı bir kommunikasiya xəttinin çəkilməsi üçün həmin ərazidə məntəqənin ünvanı olmalıdır.

Bəs görəsən, bu dəyişikliklərin əmlak bazarına təsiri necə olacaq? Qiymətlərə təsir edəcəkmi?

Valyuta.az xəbər verir ki, Mövzu ilə bağlı açıqlama verən əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, təbii ki, əmlak bazarına mənfi təsirləri görəcəyik:

“Oktyabr ayının birindən artıq tikilməkdə olan fərdi həyət evlərinə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olundu. Çünki əmlak bazarında ən ucuz əmlaklar çıxarışı olmayan fərdi evləri idi ki, onların satış qiymətləri ortala hesabla minimum 30 mindən başlayaraq təqribən 100 min manata qədər dəyişirdi. Çıxarışlı evlərin satış qiymətləri isə daha bahadır. Bu baxımdan mənzil alan aztəminatlı ailələr daha çox çıxarışı olmayan həmin fərdi yaşayış evlərinə üz tuturdular. Təbii ki, qanunlara dəyişikliklər birmənalı olaraq çıxarışsız torpaqlara və çıxarışı olmayan fərdi həyət evlərinə tələbatı azaldacaq”.

Ekspert qeyd edib ki, Bakı və Abşeronda yüzminlərlə çıxarışı olmayan fərdi yaşayış evləri var:

“Onların kommunikasiya xətləri çəkilməyib. Başqa bir tərəfdən isə bu məsələ çıxarışlı həyət evlərinin və torpaq sahələrinin qiymətini artıracaq. Hətta mənzillərin qiymətlərinə də təsir göstərəcək.

Çıxarışsız mənzillərin sayı çoxdur. Sayının çox olması səbəbindən mənzil sahibləri və onların ailə üzvlərinin mülkiyyət hüquqları tanınmır. Yəni əksər hallarda öz evlərinə qeydiyyata düşə bilmirlər. Burada dövlət daha çox itkilərə məruz qalır. Çıxarışsız həyət evlərinin sayının çox olması dövləti böyük gəlirlərdən məhrum edir. Əgər o əmlakların çıxarışları olsaydı, onlar əmlak və torpaq vergiləri ödəyərdilər, illik həmin əmlaklar sığortalana bilərdi.

Həmin əmlakların alqı-satqısı zamanı hər kvadratmetrə görə dövlətə vergi ödənilərdi. Bununla yanaşı, həmin əmlaklar ipoteka predmetinə çevrilərək kredit yolu ilə alqı-satqı oluna bilər. Vətəndaş, həmçinin, öz evini banka girova qoyub, kredit də götürə bilərdi”.

“Təbii ki, burada vətəndaşın itkisindən qat-qat çox, dövlət itkiləri var. Bu itkilərin qarşısının alınması üçün düşünürəm ki, həmin sənədsiz həyət evlərinə mütləq şəkildə sənədlər verilməlidir. Sənədlərin verilməsi üçün müəyyən prosedur qaydaları tələb olunur. Həmin ərazilərə sənədlərin çıxarışların verilməməsinə bir səbəb də onların torpaqlarının təyinatı üzrə istifadə olunmamasıdır.

Bununla bağlı da hansısa addımlar atılıb, təyinat dəyişikliyi baş verə bilər. Həmin evlərə çıxarışlar verilərsə, bu həm vətəndaş məmnuniyyətinə gətirib çıxarar, başqa bir tərəfdən isə dövlətimiz üçün qeyri-neft sektorundan, yəni daşınmaz əmlakdan daha böyük gəlirlərin gəlməsinə səbəb ola bilər”, - deyə E.Fərzəliyev əlavə edib.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma 41 % artıb

Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərin həcminə görə siyahısı

Mərkəzi Bank "PAŞA Sığorta"nın vəzifəli şəxsini cərimələyib

SİF: Son üç ildə 45 mln. manatdan çox krediti geri almışıq

Həftəsonu 117 namizəd dövlət qulluğuna imtahan verəcək

“Unicapital” əvvəlki vəziyyətini bərpa edə bilmir - Dövriyyəsi 51 milyon manat azalıb

ƏDV qəbzləri ölüm saçır: Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Niyə korporativ iş vaxtı gündə 8 saatdır?

Azərbaycan startapı beynəlxalq mükafat qazandı! Asiya bazarına daxil olur

Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb

Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb

Azərbaycanın Türkiyədən tütün alışında 3 milyonluq azalma

İş həyatında qadın və kişi arasındakı bəzi fərqlər

Bakıda bu tarixdə ən güclü geomaqnit qasırğası olacaq (XƏBƏRDARLIQ)

Azərbaycanlı turistlər ən çox hansı ölkələrdə pul xərcləyir? – SİYAHI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik? (VİDEO)

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

“Qaqarin” körpüsünün sökülməsi gündəmdə - Səbəblər

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Avro bahalaşdı, rubl ucuzlaşdı - Məzənnə

Paytaxtın iki rayonunun qaz olmayacaq

I sinfə qəbulda müsahibələr necə aparılır? – AÇIQLAMA

Bu ərazidə evlər plana düşdü (VİDEO)

2024-cü ildə qlobal İT xərcləri 5 trilyon dolları keçəcək

Vətəndaşlar “xaricdə təhsil” adı ilə aldadılır? (VİDEO)

Bu məhsulun xaricdən alışı 5 dəfəyə yaxın artıb

Sənədsiz evi olanlara şad xəbər - Bu tarixdən "kupça" veriləcək

Azərbaycanda hansı dövrdə mənzil qiymətləri daha çox bahalaşır? (AÇIQLAMA)

Buzovna sakinləri zibil konteynerlərindən bezib (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin