BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
24505

Təməli qoyulan Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin gələcək görüntüləri ilə bağlı videoçarx hazırlanıb. Görüntülərdə hər 3 kənddə tikiləcək mədəniyyət və əyləncə mərkəzləri, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektlərinin maketləri var.

Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 59 min 90 nəfərin yəni 1500 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsinin ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.

Burada mədəniyyət və əyləncə mərkəzləri, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır. Xıdırlıda tikinti işlərinə bu il oktyabrın 10-da başlanılacaq. Kənddə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.

Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2 min 626 nəfərin yəni 639 ailənin məskunlaşması planlaşdırılıb. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Sarıcalı kəndi 1720 nəfər yəni 425 ailə üçün planlaşdırılır. Layihələndirilən ümumi ərazi 101,9 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 50,3 hektar torpaq sahəsi ayrılıb.Birinci mərhələdə 895 nəfərin köçürülməsi üçün 211 fərdi ev tikiləcək. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 774 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin