BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
16890

Ay ərzində həm sərnişindaşımaların, həm də hərəkətin təşkili istiqamətlərində vətəndaşların rahatlığının təmin edilməsi baxımından əhəmiyyətli tədbirlər görülüb.

Valyuta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA

Sənəddə deyilir ki, sərnişindaşımaların təşkili, bu sahədə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə iyul ayı daha məhsuldar olub. Ayın ilk on günlüyündə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş Türkiyə Respublikasının İzmir şəhərinə səfər edərək “BMC Otomativ Sənaye Ticarət” şirkətində paytaxtımız üçün istehsal edilən avtobuslara sınaq baxışı keçirib. 

Xatırladaq ki, Dövlət başçısının vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətləri göstərilməsinə dair tapşırığına uyğun olaraq bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək. Avtobusların 170 ədədi 9, 150-si isə 12 metrlikdir.

Vətəndaşlardan daxil olan müraciətlər nəzərə alınaraq son bir ayda 6 müntəzəm marşrut xətti optimallaşdırılıb. Bunlar 169, 177, 206, 39, 70 və 162 №-li marşrut xətləridir. Ötən ay həmçinin 1 (211 nömrəli) marşrut xətti üzrə sərnişindaşımalar BakuBus MMC-yə həvalə edilib.

Ay ərzində marşrut xətlərinin nağdsız ödəniş sisteminə inteqrasiyası ilə bağlı tədbirlər də davam etdirilib. Bu müddətdə 62, 92, 211 və 217 №-li marşrut xətləri üzrə də gediş haqqının ödənişi BakıKart vasitəsi ilə ödənməsi təmin edilib. Bununla da ümumilikdə marşrut şəbəkəsinin 43%-nin dövriyyəsi şəffaflaşdırılıb. 

İyul ayında paytaxtda hərəkətin təşkili istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib. 4 küçə və prospektdə yol şəraitinin yaxşılaşdırılıb və təhlükəsiz tədbirləri görülüb. 346 yol nişanı quraşdırılıb. 3 məntəqədə taksi duracaq yeri təşkil edilib. 2 küçədə eyni səviyyəli piyada keçidi təşkil edilib. 23 küçədə isə mövcud piyada keçidləri yenilənib. 4 avtobus dayanacağı və məntəqəsi təşkil edilib. 

Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının, o cümlədən piyadaların təhlükəsizliyi, rahatlığı və əlçatanlığı təmin edilib, orta hərəkət sürəti isə artıb. Hərəkətin təşkili sahəsində görülən ən vacib tədbirlərdən biri də 2 km uzunluğunda velosiped yolunun istifadəyə verilməsidir. Velosiped yolu Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirir. 

İyul ayında vətəndaş müraciətləri də xüsusi diqqətdə saxlanılıb. 1256 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 35%-i icradadır, 65%-i isə icra olunaraq cavablandırılıb. “ALO 141” çağrı mərkəzi vasitəsi ilə cavablandırılan müraciətlərin sayı isə 5 856-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin