06.12.2023 / 11:24
“Samsung Azərbaycan”ın rəhbəri dəyişib
37998
Cənubi Koreyanın elektronika şirkəti “Samsung”un Azərbaycan və Cənubi Qafqaz üzrə və eləcə də yerli “Samsung Electronics Caucasus Company” MMC-nin direktoru dəyişib.
Valyuta.az xəbər verir ki, Seon Vunq-Yu (Seon Woong Yu) bu vəzifəyə təyin edilib. Bu vəzifədə Min Hvanı (Hwang) əvəz edib. Min Hvan bu vəzifəyə 2022-ci ilin əvvəli təyin edilmişdi.
Xatırladaq ki, “Samsung Electronics Caucasus Company” MMC 2014-cü ildə yaradılıb və 2 200 000 ABŞ dolları nizamnamə kapitalına sahibdir.
“Samsung”un Azərbaycan Respublikası ərazisində hal-hazırki marketinq və əməliyyat fəaliyyəti “Samsung Electronics Caucasus Company” MMC tərəfindən icra olunur.
© Banker
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay