BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
33130

İnformasiya Texnologiyaları (İT) inkişaf edir, zamanla bu sahədə çalışanların, bu sektora maraq göstərənlərin sayı artır. Eyni zamanda, belə fikirlər də var ki, süni intellekt müəyyən İT sahələrində insanı tam əvəz edəcək. Bu, baş verəcəkmi?

İT üzrə mütəxəssis Elvin Həsənov Valyuta.az-a açıqlamasında bildirdi ki, süni intellekt bir çox İT sahəsində istifadə olunur: “Süni intellekt informasiya texnologiyalarının əsasən proqramlaşdırma, data analitika, kibertəhlükəsizlik, robotexnika, maşın öyrənməsi (Machine learning), monitorinq və s. bölmələrində istifadə olunur. İT-nin robotexnika və maşın öyrənmə bölmələrini demək olar ki, süni intellekt əvəz edib.  Monitorinq bölməsinin isə 95 faizində süni intellektdən istifadə olunur”.

Müsahib bu bölmələrdə süni intellektin rolundan da danışdı: “Robotexnikada süni intellektdən istifadə intellektual robotların yaradılmasıa və süni intellekt elminin yeni bir sahəsinin ərsəyə gəlməsinə səbəb olub. Maşın öyrənmədə isə misal olaraq bulud sistemində “chat-bot”ları (söhbət robotu) qeyd etmək olar. Biz “chat-bot”dan səsli və ya yazılı nə isə soruşduğumuz zaman o, avtomatik olaraq süni intellekt sayəsində müxtəlif cavabları ekrana çıxarır. Bu sahə demək olar ki, tamamilə süni intellekt vasitəsilə işləyir. Monitorinq bölməsi isə sistem və şəbəkədə süni intellekt vasitəsilə xətaların üzə çıxarılması üçün istifadə olunur. Burada son mərhələdə 5 faizlik insan faktoruna ehtiyac var. Zamanla süni intellekt sayəsində bu bölmədə də insan faktoruna ehtiyac qalmayacaq. Data analitika sahəsi də həmçinin, texnologiya, süni intellekt inkişaf etdikcə, müəyyən hissələrini süni intellekt əvəz edəcək”.

Müsahib bildirdi ki, müəyyən İT sahələrinə hər zaman tələb olacaq: “Süni intellekt sahəsi getdikcə inkişaf edir. Demək olar ki, bütün sahələrdə süni intellekt öz sözünü deyir. Buna görə süni intellekt sahəsinə getdikcə tələb artmaqdadır. Böyük şirkətlər bu sahənin inkişafında maraqlıdır və bunun üçün külli miqdarda vəsait xərcləyirlər. Gələcəkdə bu sahədə kadrlara hər zaman tələb olacaq. Eyni zamanda proqramlaşdırma və kibertəhlükəsizlik sahəsində insan faktorunun olması mütləqdir. Bu sahələrdə də fəaliyyət göstərən insanlara hər zaman tələb olacaq. Çünki burada bəzi məsələlərdə insan qərar verməlidir”.

Qarakişi Vəlizadə
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb - İlk dəfə TOP-5-də

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək

Bu rayona yeni icra başçısı təyin edildi - Sərəncam

Neft Fondunun səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb

Xaricdən quş ətini neçəyə alırıq?

“Küçələrdə qalmışam “Yeni Ailə” MMC tikinti şirkəti kupçanı da, 9 aydır kirayə pulumu da vermir...” - ŞİKAYƏT

Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Yapon valyutası son 34 ilin ən aşağı səviyyəsinə düşdü

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO

Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayının kəskin azalması nə ilə bağlıdır?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - SORĞU + VİDEO

Bitcoin və Etherium ucuzlaşır - Kriptovalyutaların qiymətləri

Birjalarda son durum necədir?

Birjalarda son durum necədir?

Rubl ucuzlaşsa da, avro və lirə bahalaşdı -Məzənnə

Avtomobilin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülərin DİQQƏTİNƏ: Cərimələnə bilərsiniz - VİDEO

“McLaren”in nadir avtomobillərindən biri satışa çıxarılıb - FOTO

“Apple” telefonlarda süni intellekt tətbiq etmək niyyətindədir

Qızıl bu tarixə kimi kəskin bahalaşacaq

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin