BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
32496

“ChatGPT”yə görə imtahandan kəsilənlər. Doğru istifadə etmirik?


Son dönəmlərdə dəbdə olan “ChatGPT” süni intellekt platformasının imkanlarından istifadə edənlərin sayı çoxalır. Mümkün olduğu qədər hər kəs bu platformadan yararlanmağa çalışır. Ən çox istifadə edilən istiqamətlərdən biri də məqalə, esse xarakterli yazılar yazmasıdır. Mövzunu qeyd edirsiniz, platforma özü sizin üçün istənilən yazını cəld hazırlayır. “ChatGPT” ilə material hazırladığı üçün imtahandan kəsilən tələbələr də olur. Bu, “ChatGPT”dən doğru və yanlış istifadə məsələsini müzakirə mövzusu edir.

İT mütəxəssisi Vahid Qasımov valyuta.az-a bildirdi ki, “ChatGPT”dən doğru və yanlış istifadə deyə bir şey yoxdur: “Doğru-yanlış deməyək, amma bu botdan sui-istifadə halları problem yarada bilir. Yəni özünüz hazırlamalı olduğunuz bir materialı süni intellektə həvalə edirsiniz, sonra da tam olaraq botun verdiyi məlumatlara etibar edib, onları heç yoxlamadan istifadə edirsiniz. Bu, bir neçə dəfə müsbət nəticə verə bilər, amma səhv nəticə verməyi də mümkündür. Düzdür, robot cavabları mümkün qədər mədəni və ehtiyatlı tərzdə verir, amma qəti və birmənalı cavablardan qaçır. Buna görə də, müəyyən hallarda onun təqdim etdiyi məlumatlardan istifadə etmək mümkün olsa da, verdiyi hökmlər hər dəfə tam doğru olmaya bilər”.

Vahid Qasımov bu platformadan zərurət yarandığı təqdirdə istifadəni məsləhət görür: “ChatGPT”dən istifadə məcburi deyil. İstəyən istifadə edər, istəməyən yox. Hazırda bu trenddədir deyə, hamı nəsə etməyi özünə borc bilir. Hərçənd bir çoxunun buna həqiqətən ehtiyacı yoxdur. “ChatGPT” problemlərin həlli üçün qurulmuş bir “chat bot”dur. Buna görə də ondan fayda əldə etmək istəndiyi zaman, ona maksimum dərəcədə aydın və ətraflı şəkildə problem izah olunmalıdır. Problem izahı hətta Azərbaycan dilində də mümkündür, bu halda cavab da Azərbaycan dilində veriləcək”.

V.Qasımov təhsil müəssisələrindəki tapşırıqlar yoxlanılarkən “ChatGPT”nin varlığını unutmamağı məsləhət görür: “ChatGPT”nin əsas yan təsiri, gənc nəslin təhsil zamanı ondan tez və əziyyət çəkmədən nəticə əldə etmək məqsədi ilə istifadə etməsindədir. Bu, tələbələrin təmbəlləşməyinə, sistemi aldatma meyillərinin artmasına gətirib çıxara bilər. Buna görə təhsil sistemində imtahan, fərdi tapşırıqlar, esse, təqdimat və s. kimi yoxlama xarakterli qiymətləndirmə vasitələri hazırlananda “ChatGPT”nin mövcudluğu da hökmən nəzərə alınmalıdır. Bu, əks halda təhsildə qiymətləndirmənin rolunu mənasız hala gətirə bilər”.

“Nəticədə, “ChatGPT” bəzi hallarda köməkçi rolunu oynayıb, vaxt qənaəti məqsədilə istifadə oluna bilən rahat süni intellekt həllidir. İstifadəsində heç bir problem yoxdur, əksinə, lazımi hallarda istifadə edilməli olan köməkçi vasitədir. Ondan sui-istifadə halları “ChatGPT”nin üstünə kölgə salmır, sadəcə mövcudluğunun nəzərdə tutulmasını artıq məcburi olduğunu xatırladır” – deyə V.Qasımov qeyd etdi.

Nuray


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin