BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
18452

Azərbaycanda internetin sürəti ilə bağlı problem hələ də həllini tapmayıb. Xüsusilə son bir ay ərzində bütün ölkə üzrə internetin sürətində ciddi geriləmə olduğu deyilir. Bu barədə sosial şəbəkələrdə istifadəçilərin çoxsaylı şikayətlərinə rast gəlmək olar. Vətəndaşlar internetin sürətinin zəif, qiymətinin isə baha olmasından narazılıq edirlər.

Bununla bağlı danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədə internet probleminin olmasını təsdiqləyib. 

Hətta İKT mütəxəssisi problemin dövlət başçısı, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səviyyəsində də səsləndirildiyini vurğulayıb:

 “Bu problem uzun müddətdir ki, öz həllini tapmayıb. Məsələ nazirliyin indiki rəhbərliyinin günahı deyil, onlara da sələflərindən miras qalıb. Azərbaycanda qonşu ölkələrdən fərqli olaraq, keyfiyyətli internetə əlçatımlılıqla bağlı infrastruktur məsələsi öz həllini tapmayıb. Qonşularda keyfiyyətli internetə əlçatımlılıq problemi vaxtında həll edildi.

Azərbaycanda isə 2014-cü ildə böyük bir dövlət proqramı hazırlandı. “Hər evə optika” adı verilən bu proqram genişzolaqlı, keyfiyyətli internetin əldə olunması ilə bağlı idi. Dövlət bu proqrama nəzərdə tutulan yarım milyard manat vəsaiti son anda ayırmaqdan imtina etdi. Həmin pulun ayrılmamasının obyektiv səbəbləri var idi. Hazırlanan proqramda şəffaflıqla bağlı ciddi problemlər, korrupsiya, vəsait itkiləri görünürdü.  Bundan sonra internet probleminin həlli istiqamətində yalnız epizodik addımlar atıldı. Azərbaycanda kompleks şəklində keyfiyyətli internet məsələsi öz həllini tapmadı”.

Nazirliyin indiki rəhbərliyinin internet problemini həll etmək üçün yeni təşəbbüslə çıxış etdiyini söyləyən Osman Gündüz internet abunəçilərinə şad xəbər verib:

“İndiyə qədər nazirlik yalnız dövlət provayderlərinin – “Baktelekom”, “Aztelekom”, “Azeurotel” və s. xətti ilə keyfiyyətli internet problemini həll etmək istəyirdi. Ancaq indiki rəhbərlik dövlət və özəl partnyorluğu birləşdirib. Ümid doğuracaq məqam budur. Hesab edirəm ki, təşəbbüsün prinsipləri açıqlananda,dövlət tərəfindən bura yetərincə investisiya ayrılsa, yaxın zamanda problemi həll edə bilərik”.

“Bəs ölkədəki problem həll edilənə qədər nə etmək lazımdır”, - sualına gəlincə, mütəxəssis internet istifadəçilərinə məsləhətlərini dilə gətirib:

“İnternet satışı ilə məşğul olan və böyük pullar qazanmaq istəyənlər var. Biz buna çəkidə aldatmaq deyirik. Ona görə, düşünürəm ki, həm hökumət tərəfindən, həm də cəmiyyət tərəfindən atılan addımlar gücləndirilməlidir. Hökumət keyfiyyətsiz internetlə bağlı cəza tədbirlərini artırsa, daha yaxşı olar. Bəlli standartlar müəyyən olunmalı, onları pozan provayderlərə qarşı sərt tədbirlər görülməlidir.

Vətəndaşlar isə bir qədər diqqətli, ayıq olaraq, özünün internetini monitorinq etməyi bacarmalı, sürətini ölçməyi öyrənməli, dövlət qurumuna, provayderə müraciət etməli və hətta məhkəməyə belə getməlidirlər. Necə ki, vətəndaş bazardan 1 kiloqram meyvə alanda çəkidə aldadan satıcıya etiraz edirsə, onlayn mühitdə də dəqiqlik tələbini qoymalıdır. Hökumət rəqəmsal mühitdə istehlakçıların hüquqlarını qorumaq üçün qanunvericiliyi təkmilləşdirməli, vətəndaşlara hüquqlar verməli, özü isə bunun arxasında durmalıdır”.

Mənbə: Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

ABŞ "Huawei"yə yarımkeçirici satmağı qadağan edir

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Nazir Saleh Novruzini işdən çıxardı

Nazir Saleh Novruzini işdən çıxardı

Azərbaycanda təhlükəli tullantılar daha çox bu sahələrdə yaranır – MÜQAYİSƏ

BVF: Dünya iqtisadiyyatı geosiyasi problemlərə görə üç bloka bölünüb

Azərbaycanda hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Azərbaycan Bolqarıstana bu ölkənin illik sərfiyyatının 55 %-dən çox qaz ixrac edəcək

Leysan olacaq, dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq - XƏBƏRDARLIQ

3 lizinq şirkəti bağlandığını elan etdi

Müavinət və Prezident təqaüdlərinə bu qədər vəsait ödənilib

“Bolt” sifarişlərin qiymətini 9% qaldırdı

“Bolt” sifarişlərin qiymətini 9% qaldırdı

MİQ müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir

Euroclear-da dondurulmuş Rusiya aktivləri 2024-ün I trimestrində 1,6 milyard avro gəlir gətirib

Azərbaycanda fantastik məbləğə nömrə satılır – 99 999 AZN

Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

SOCAR bu il aparılan qazma işlərinin həcmini açıqlayıb

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edilib

Bu il Azərbaycanda sənaye zonalarında istehsal olunan məhsulun 35 %-i ixrac olunub

Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Prezident: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

Rumen Radev: COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin