BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
32821

Rabitəbank ilə İslam İnkişaf Bankı (İİB) Qrupu üzvü Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (İTFC) arasında özəl sektorun, xüsusən də KOB müştərilərinin ticarət maliyyələşdirmə ehtiyaclarını ödəmək və Azərbaycanda şəriətə uyğun ticarətin maliyyələşdirilməsi həllərinin təşviqinə töhfə vermək üçün 10 milyon ABŞ dolları məbləğində “Letter of Credit Confirmation Facility” (Akkreditiv) müqaviləsi  imzalanıb.

Bu müqavilə Rabitəbanka Azərbaycanda özəl sektor, xüsusilə də KOB-lar üçün ticarətin maliyyələşdirilməsi işini genişləndirməyə kömək etmək üçün nəzərdə tutulub.

Bu müqavilə Rabitəbank-ın İdarə Heyətinin sədri Aydın Hüseynov və İTFC-nin baş direktoru Hani Salem Sonbol arasında imzalanıb. Qeyd olunan vəsait Banka ticarətin maliyyələşdirilməsi üzrə həllər təklif etməyə və Azərbaycanda İslam maliyyəsinin inkişafına töhfə verməyə imkan verəcək.

Bu müqavilə İTFC tərəfindən Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına kredit xətti açılması haqqında ilk saziş hesab olunur və üzv ölkələrdə özəl sektor və kiçik və orta sahibkarlığa dəstək verilməsi üçün banklarla əməkdaşlığın genişləndirilməsini, eləcə də kredit xətti açılması biznesinin genişləndirilməsini prioritet hesab edən İTFC-nin Özəl Sektor Strategiyası ilə uyğunluq təşkil edir.

İTFC-nin baş direktoru Hani Salem Sonbol müqavilənin imzalanması ilə aşağıdakıları  bildirib: “Rabitəbank ilə bu yeni tərəfdaşlıq Azərbaycanda bank fəaliyyətlərimizi yenidən aktivləşdirmək və özəl sektorun böyüməsi və inkişafına olan sadiqliyimizin xüsusi əhəmiyyətini bir daha nəzərə çatdırmaq məqsədi daşıyır. İTFC, İƏT-ə üzv ölkələrdə şəriətə uyğun ticarət maliyyələşdirməsinin təşviqində qabaqcıl olaraq qalır və biz bu müqaviləni Azərbaycanda İslam maliyyə təkliflərinin inkişafına açıq dəstək hesab edirik”.

Rabitəbank ASC-nin İdarə Heyətinin Sədri Aydın Hüseynov isə öz növbəsində qeyd edib: Öncəliklə, uzun illərdən sonra bağladığımız bu müqavilə ilə İTFC-nin Rabitəbank ilə Azərbaycan maliyyə-kredit bazarına daxil olması bizim üçün çox sevindirici və ölkəmiz üçün önəmlidir. Bu müqavilə özəl sektorun, xüsusən də KOB müştərilərinin ticarət maliyyələşdirmə ehtiyaclarını ödəmək və Azərbaycanda şəriətə uyğun ticarətin maliyyələşdirilməsi həllərinin təşviqinə töhfə verməsi cəhətdən çox vacibdir.”

2009-cu ildən bəri İTFC Azərbaycanda müxtəlif özəl sektor müştərilərinə 83,4 milyon ABŞ dolları məbləğində yardım göstərmişdir. İTFC Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və yerli kommersiya banklarını lazımi maliyyələşdirmə ilə təmin etməklə ölkənin ticarətinin inkişafına sərmayə qoyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Niyə kapitalizimdən əl çəkə bilmirik?

Dövlət Gömrük Komitəsinin yeni binasının mühəndisləri yerli universitetlərin məzunlarıdır - FOTOLAR

Dövlət Məşğulluq Agentliyi 1,1 milyonluq məsləhət xidməti alır

Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak edib

Dəniz nəqliyyatında işləyənlər nə qədər maaş alır?

Dəniz nəqliyyatında işləyənlər nə qədər maaş alır?

BSM “Sədərək Firması”ndan 15 min manatlıq su alır

Alimlər 5700 il enerji doldurulmadan işləyən batareya hazırladı

"Google"un süni intellekt rəhbərindən tələbələrə tövsiyələr

Bu serialdan sonra Türkiyəyə daha çox turist gələcək

“Atabank”ın əmlakı hərraca çıxarılır

İyulun 1-də bu şəxslər əsgərliyə aparılacaq - SİYAHI

Sabah 36 dərəcə isti olacaq

Alimpaşa Məmmədovun 11 milyonluq əmlakları ilə bağlı qərar verildi

Ağdamda velosiped istehsal ediləcək

"Apple"dan gizli yenilik: Cihaz yaxın aylarda satışa çıxarılacaq

İsa Həbibbəylinin aylıq maaşı nə qədərdir?

5 ildə kafe restoran xərcimiz 550 milyon manat artıb - Hazırkı rəqəmlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Sənədsiz evlər üçün "əmlak amnistiyası" tətbiq olunacaq? - VİDEO

2026-cı ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Əsgərlikdən yeni gəldi, dekan müavini təyin edildi

Qızıl qiymətinə gilas - Yay meyvələri niyə bu qədər bahadır?

Dünən bank kartlarından oğurluq edilməyib

Direktorsuz məktəblərdə attestatları kimlər imzalayır? - RƏSMİ

Müavinət və təqaüdlər bu tarixdə artırılacaq

Bu imtahanda iştirak etmək üçün qeydiyyat başa çatır

Artıq “Gənclik Mall”un qabağında taksiyə minib-düşə biləcəyik

Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

"Google" şəxsi nömrələri ifşa edən boşluğu bağladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin