BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7502
  • RUB
    1.6626
  • TRY
    0.0481
  • GBP
    2.09
62970

Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum – "WEF") hazırladığı 2024-cü ilin energetik keçid İndeksinə (Energy Transition Index, "ETI") görə, Müstəqil Dövlətlər Birliyindən ("MDB") olan bütün dövlətləri üstələyib.

Valyuta.Az "Trend"ə istinadən xəbər verir ki, Azərbaycan 120 ölkə arasında ümumilikdə 60.3 bal toplamaqla 38-ci yerdə qərarlaşıb və bununla da bütün MDB ölkələrini və qonşu dövlətləri geridə qoyub. Qonşuları arasında Azərbaycan Ermənistandan (79-cu yer, 52.7 bal), Gürcüstandan (56-cı yer, 56.3 bal), Türkiyədən (59-cu yer, 55.8 bal) və İrandan (102-ci yer, 49.0 bal) üstün olub.

Azərbaycan eyni zamanda, Mərkəzi Asiyadan Qazaxıstan (98-ci yer, 50.1 bal), Qırğızıstan (80-ci yer, 52.7 bal) və Tacikistan (71-ci yer, 53.6 bal) kimi ölkələri geridə qoyaraq, bir daha Xəzər dənizi regionunda lider olduğunu təsdiqləyib.

Qeyd edək ki, Özbəkistan və Türkmənistan reytinqə daxil edilməyib.

"WEF" göstəricilərinə əsasən, dünya üzrə orta göstərici 56.5 bal olub ki, bu da Azərbaycanın reytinqindən kifayət qədər aşağıdır.

Reytinqin liderləri isə Şimali Avropa ölkələri olub: İsveçrə 78.4 bal göstəricisi ilə reytinq cədvəlinə başçılıq edir. İkinci yerdə 75.2 balla Danimarka qərarlaşıb. Üçüncü yerdə isə 74.6 balla Finlandiya mövqe tutub.

Onu da qeyd edək ki, 2024-cü il üzrə enerji keçid indeksi ölkələrin tərəqqisini müqayisə etməyə və izləməyə imkan verən vahid metodologiya əsasında onların enerji sistemlərinin kompleks şəkildə qiymətləndirilməsini təmin edir.

"ETİ" ölkələri başlıca olaraq iki əsas meyar əsasında qiymətləndirir: Sistemin effektivliyi və keçidə hazırlıq səviyyəsi.

Sistemin effektivliyi meyarına enerji əlçatanlığı, təhlükəsizlik və dayanıqlılıq kimi aspektlər daxildir. Keçidə hazırlıq meyarı isə bir sıra faktorları, o cümlədən nizamlanma, siyasi bağlılıq, maliyyələşmə, investisiyalar, innovasiyalar, infrastruktur və təhsil kimi faktorları təhlil edir. Ölkənin yekun balı bu iki meyar üzrə nəticələrin məcmusu əsasında (müvafiq olaraq 60 və 40 faiz çəki ilə) müəyyənləşir.

WEF məlumatlarına görə, ölkələrin böyük əksəriyyəti enerji keçidində irəliləyiş nümayiş etdirir. Şimali Avropa dövlətləri reytinqə başçılıq edirlər, Çin, Braziliya kimi ölkələr isə əvvəlki illərlə müqayisədə öz mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniyanın ABŞ-yəxarici ticarət profisiti rekord səviyyəyə çatıb

Azərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb

Rusiyadakı 2.5 milyardlıq təyyarələrin "Dublin müzakirəsi" - "The Guardian"

Prezident generalla bağlı sərəncam imzaladı

"SOCAR" Türkiyədəki 2 şirkətini satdı

“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Bazar günü hava dumanlı olacaq

Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir?

Azərbaycan "DİF"in indeksində ilk pillədə

Dövlət Neft Fondunun daşınmaz əmlak portfelinin dəyəri açıqlanıb

Neftimizin qiyməti 82 dollara yaxınlaşıb

Azərbaycanda 7,5 milyon manatlıq şirkət səhmlərini dövriyyədən çıxarır

Azərbaycanda 7,5 milyon manatlıq şirkət səhmlərini dövriyyədən çıxarır

Bakının mərkəzi küçəsində səkilər zəbt olundu - VİDEO

Daha bir rayonda bu şəxslərə yeni mənzillər veriləcək

Paytaxtın bu ərazisində yeni park salınır

Ərdoğan Azərbaycana yeni səfir təyin etdi (FOTO)

"BofA" və "Goldman Sachs"ın 2025-ci il üçün "Fed" proqnozları - "Bloomberg"

"BofA" və "Goldman Sachs"ın 2025-ci il üçün "Fed" proqnozları - "Bloomberg"

“Gələcəyin şəhəri” sakinlərini qarşılamağa hazırlaşır - Yaşamaq üçün yeganə şərt - SƏHƏR OXUSU

Elon Muskın planı - “500 min “Optimus” robotu istehsal ediləcək”

105 min manat vergi borcu olan şirkət vergi orqanını məhkəməyə verdi

Top-menecer işçiləri həftədə 90 saat işləməyə çağırdı: "Evdə oturub nə edirsiniz?"

"Nvidia", yoxsa AMD? - İki GPU nəhənginin müqayisəsi

Stiv Cobsun dahiyanə işə qəbul və yüksəliş strategiyası: "Rəhbər olmaq istəməyənləri rəhbər et"

Mərkəzi Bank "Finsoil"i inzibati məsuliyyətə cəlb etdi

"Nvidia" Baydendən narazıdır: "Bu, ABŞ-a zərər verəcək"

Silikon Vadisi startapları ötən il 90 milyard dollar sərmayə toplayıb

Silikon Vadisi startapları ötən il 90 milyard dollar sərmayə toplayıb

"Naxçıvan Yol Təchizat"ın 699 minlik tenderi ləğv edildi

"Apple" və "Google" "FaceApp" yükləyən bütün braziliyalılara təzminat ödəyəcək

“Apple”dan yeni tətbiq - Nə işə yarayacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin