"BP" 16%, "Shell" 2% ucuzlaşdı: Nəhənglərin itkiləri
Neft şirkətlərinin enerji keçidinə ümidləri doğrulmadı.
Britaniyanın "BP" və "Shell" şirkətləri elektrik enerjisi sahəsində böyük oyunçuya çevrilmək hədəfindən imtina etməyə qərar veriblər.
Valyuta.Az "Financial Times"a istinadən xəbər verir ki, son beş ildə bu istiqamətdə 18 milyard dollar xərclənməsinə baxmayaraq, gözlənilən nəticələr əldə edilməyib.
2019-cu ildə "Shell" dünyanın ən böyük elektrik enerjisi şirkəti olmaq məqsədi qoymuşdu. Həmin vaxt qaz və yeni enerji mənbələri üzrə direktor Maarten Vetselaar (Maarten Wetselaar) 2030-cu ilə qədər elektrik enerjisindən əldə edilən gəlirin neft və qaz gəlirləri ilə bərabər olacağını proqnozlaşdırırdı.
2020-ci ildə isə "BP"nin yeni direktoru Bernard Luni (Bernard Looney) enerji keçidi üzrə iddialı planını təqdim etdi. O, 2030-cu ilə qədər yaşıl enerji xərclərini 10 dəfə artıraraq 5 milyard dollara çatdıracağını və bərpa olunan enerji istehsalı biznesini 20 dəfə genişləndirəcəyini vəd etdi.
Lakin bir neçə il davam edən intensiv investisiyalardan sonra "BP" və "Shell"in hazırkı idarəetmə komandaları bərpa olunan elektrik enerjisindən gözləntilərin doğrulmadığını etiraf ediblər.
Bu il "BP"nin səhm dəyəri 16%, "Shell"in isə 2% ucuzlaşıb.
Ekspertlər bildirirlər ki, bu şirkətlər "ölüm dərəsi" adlandırılan çətin bir vəziyyətdədirlər. Belə ki, ənənəvi səhmdarlar fosil yanacaqların tərəfdarıdırlar və şirkət 20% "yaşıl" olduğu halda səhm satmağa hazırdırlar. Ekoloji yönümlü biznes tərəfdarları isə əksinə, yaşıl enerjinin payı azı 50%-ə çatmadan səhmləri almaq istəmirlər.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay