BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
45326

OPEC+ sazişində iştirak edən bir sıra ölkələr ikinci rüb ərzində könüllü olaraq neft hasilatını ümumilikdə gündəlik təxminən 2,2 milyon barel azaltmağa davam edəcək.

Valyuta.az Report-a istinadən xəbər verir ki, əksər ölkələr əvvəlki hasilatın azaldılmasına davam etsə də, Rusiya və İraq azalmalarında dəyişikliklər edəcək.

İlkin olaraq, 30 noyabr 2023-cü ildə baş tutan son OPEC+ iclasında bir sıra alyans ölkələri neft bazarını tarazlaşdırmaq üçün 2024-cü ilin birinci rübündə neft hasilatının könüllü olaraq 2,2 milyon barel azaldılması barədə razılığa gəliblər.

Aprel-iyun aylarında azalmaların həcmi demək olar ki, eyni səviyyədə qalacaq - 2,17 milyon barel.

Səudiyyə Ərəbistanı birinci rübdə olduğu kimi hasilatı sutkada 1 milyon barel, BƏƏ - 163 min barel, Küveyt - 135 min barel, Qazaxıstan - 82 min barel, Əlcəzair - 51 min barel, Oman - 42 min barel azaldacaq.

İraqda neft hasilatının azalması bir qədər də dərinləşəcək və birinci rübdə sutkada 220 min təşkil edirdisə, ikinci rübdə bu rəqəm 223 min barel olacaq. Rusiyanın isə ikinci rübdə istehsal və ixracı sutkada 471 min barel azalacaq.

İkinci rüb üçün hasilatın azaldılmasına əlavə olaraq, Rusiya da daxil olmaqla bir sıra OPEC+ ölkələri 2023-cü ilin yazından 2024-cü ilin sonuna qədər neft hasilatının könüllü olaraq daha 1,66 milyon barel azaldılmasına riayət edirlər.

Qeyd edək ki, cari il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin