Azərbaycan, Rusiya, Ermənistan və İran arasında enerji körpüsü yaradıla bilər
Maraqlı tərəflər Rusiya-Zaqafqaziya-İran enerji körpüsünün yaradılması ilə bağlı danışıqlar aparır.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfiri Aleksey Dedov məlumat verib.
Diplomat aydınlaşdırıb ki, pik yüklənmə zamanı elektrik enerjisi hər iki istiqamətdə onun vasitəsilə veriləcək.
"Danışıqlar aparılan digər layihə Rusiya-Zaqafqaziya-İran enerji körpüsünün yaradılmasıdır", deyə Dedov qeyd edib.
O bildirib ki, elektrik enerjisinin mübadiləsi və nəqli Rusiya, Ermənistan, Azərbaycan və İran arasında həyata keçiriləcək.
Bundan əvvəl İran XİN rəhbərinin Rusiya Federasiyası ilə birgə enerji layihələrini müzakirə etmək üçün Moskvaya gedəcəyi məlum olub. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş keçirəcəyini açıqlayıb. O qeyd edib ki, İran arasında münasibətlərin bərpası Yaxın Şərqdə vəziyyətin yaxşılaşmasına töhfə verib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay