19.11.2023 / 12:12
Ordubad və Culfanın kəndlərinə qazın verilişi bərpa olundu
36743
Ordubadın bütün kəndlərində, Culfanın isə bir sıra kəndlərində qazın verilişi bərpa olunub.
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, Ordubadın bütün kəndlərinə, Culfanın isə Yaycı, Şurud, Gal, Dizə kəndlərinə qazın verilişi bərpa olunub.
Qeyd edək ki, təmir bərpa işləri ilə əlaqədar Ordubadın bütün kəndlərinə, Culfanın isə Yaycı, Şurud, Gal, Dizə kəndlərinə qazın verilişi saat 06:30-dan etibarən müvəqqəti dayandırılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay