BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
35600

Dünya Bankı analitiklərinin gəldiyi nəticəyə görə, Yaxın Şərqdə münaqişə daha da gərginləşərsə, əmtəə bazarlarında neftin qiyməti bir barel üçün 150 dollardan yuxarı qalxa bilər. Tədqiqatçılar bazarlarda vəziyyətin inkişaf edə biləcəyi üç ssenarini təsvir ediblər. Məsələn, Yaxın Şərqdə neft tədarük zəncirlərini əhəmiyyətli dərəcədə pozan böyük böhran baş verərsə, qlobal neft tədarükü gündə 6-8 milyon barel azala bilər. Nəticədə neftin qiyməti ilkin olaraq 56-75 faiz artaraq, 140-157 dollar/barel təşkil edəcək.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Valyuta.az-a açıqlamasında bildirib ki, neftin qiymətindəki son sıçrayışlar psixoloji amillərlə bağlıdır: 

"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və ardınca Yaxın Şərqdə vəziyyətin gərginləşməsi təbii ki, enerji daşıyıcılarının qiymətinə təsirsiz ötüşə bilməz. Hələlik İsrail-HƏMAS qarşıdurmasına körfəz dövlətləri, dünyanın enerji təminatında müstəsna rol oynayan İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və digərləri qoşulmayıb. Bu körfəz ölkələrinin indilikdə enerji daşıyıcılarının ixracını siyasiləşdirməklə bağlı heç bir qərarları yoxdur. Neftin qiymətindəki son sıçrayışlar isə psixoloji amillərlə bağlıdır".

Həmsöhbətimiz düşünür ki, İsrail-HƏMAS qarşıdurması regional müharibəyə çevrilsə, proses dünyada enerji böhranının yaranmasına səbəb olacaq: 

“Belə olan halda Fars körfəzi, Hörmüz boğazı və Qırmızı dənizin şərq və qərbində neft tədarükünə ciddi zərbə dəyəcək. Bu da 1973-cü ildəki enerji böhranının təkrarlanmasına gətirib çıxaracaq”. 

Amma həmsöhbətimiz bildirir ki, 1973-cü ilin enerji böhranı ilə indiki ssenari arasında ciddi fərqlər də var:

"O zaman strateji və kommersiya təyinatlı neft ehtiyatları yox idi. Üzən tankerlərdə uzun müddət neft həcminin saxlanılması praktikası da mövcud deyildi. Digər tərəfdən ərəb ölkələri hələ ki, enerji böhranını dərinləşdirən addımlarda maraqlı görünmürlər. Ona görə də yaxın dövrdə neftin qiymətində ciddi sıçrayışların olması elə də inandırıcı deyil. Lakin məsələ ondadır ki, sözügedən arşıdirma olmasa da, artan tələbat fonunda neftin qiyməti xeyli müddət aşağı düşməyəcək. Bu mənada Dünya Bankının verdiyi proqnolar da bazar şərtlərinə uyğun proqnozlardır”. 

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin