BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
35028

Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Valyuta.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda cari dövr ərzində görülmüş işlər barədə hesabatlar dinlənilib.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bərpa olunan enerjinin inkişafı sahəsində əldə olunan nailiyyətlər və perspektivlərdən danışıb.

O bildirib ki, yaxın günlərdə regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” GES istismara veriləcək. Həmçinin bildirilib ki, işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası kimi inkişafı üzrə işlər davam etdirilir, müvafiq sahədə müntəzəm monitorinqlər aparılır.

Naxçıvanın da ölkə başçısı tərəfindən yaşıl enerji zonası elan olunduğu qeyd edilərək, muxtar respublikada bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını da özündə ehtiva edən 2023-2027-ci illər üçün sosial-iqtisadi inkişafa dair dövlət proqramının icrasından danışılıb. Eyni zamanda, yaşıl enerjinin Avropaya ixracı istiqamətində işlərin davam etdirildiyi bildirilib.

İclasda bərpa olunan enerji layihələri üçün dənizdə ərazilərin ayrılması, imzalanması nəzərdə tutulan sənədlər, yeni güclərin şəbəkəyə inteqrasiyası və digər məsələlər müzakirə olunub.

Energetika, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Müdafiə, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Minatəmizləmə Agentliyinin nümayəndələrinin iştirak etdiyi iclas Azərbaycanda bərpa olunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı növbəti addımların və vəzifələrin müzakirəsi ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin