BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
31746

"Ukrayna müharibəsi başlayandan sonra Rusiya sanksiyalarla üzləşib və artıq Avropanın mavi yanacaqla təchizatında Azərbaycan əhəmiyyətli və sabit tərəfdaş kimi öz mövqeyini təsdiq edib. Buna görə də son iki ildə ölkəmizin Şərqi və Mərkəzi Avropa üçün önəmi artıb”.

Bu haqda Valyuta.az-a İqtisadi Sosial Araşdırmalar Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli Azərbaycanın Macarıstana qaz tədarükünün 1 milyard kubmetrə çatdırmasının iqtisadi faydaları haqqında danışarkən deyib.

İqtisadçı deyib ki, 2025-ci ilə qədər Azərbaycanın qaz ixracı 25 milyard kubmetrə çatmalıdır və əsasən də Macarıstana 2 milyard kubmetr qaz idxal etmək niyyətindədir:

“Həmçinin Bolqarıstan, Yunanıstan interkonnektoru işə düşəndən sonra imkanları daha da genişlənir və artıq həmin interkonnektor vasitəsilə 5 milyard kubmetr qaz ixrac etmək imkanları nəzərdə tutulub” .

Eyyub Kərimlinin sözlərinə görə, hazırda Macarıstanla ölkəmiz arasında ticarət dövriyyəsi 47 milyona çatıb və bu, ötən illə müqayisədə 26 faiz çoxdur:

“Bu da əsasən qeyri-neft sektoru məhsullarının idxal-ixracı ilə bağlıdır, Macarıstanla Azərbaycan arasında geniş və perspektivli qeyri-neft sektoruna aid idxal-ixrac imkanları var. Belə ki, Macarıstandan Azərbaycana kənd təsərrüfatı, ərzaq məhsulları idxal edilməsi mümkündür.
Hazırda Rumıniya və Macarıstanla Azərbaycan arasında digər sazişlər var və Qara dənizin dibi ilə dünyanın ən uzun elektrik enerjisi kabeli çəkilməsi də nəzərdə tutulur. Bu kabelin uzunluğu 1195 kmdir. Bu, Macarıstanla Azərbaycan arasında iqtisadi əlaqələri daha da genişləndirəcək və möhkəmləndirəcək”.

"Bu müqavilə Azərbaycan iqtisadiyyatına necə təsir edəcək" sualına cavab olaraq iqtisadçı bildirib ki, iqtisadiyyatımız daha da möhkəmlənir:

“Ölkəmizin büdcə gəlirləri, valyutanın daxil olması artır. Hazırda neft hasilatında azalma müşahidə olunursa, qaz hasilatında daha da artım müşahidə olunur və bu da bizim gələcək iqtisadi inkişafımızı təmin edir”.

Bu mqavilənin Azərbaycanın Avropadakı siyasi mövqeyinə təsiri haqqında da danışan Eyyub Kərimli qeyd edib ki, bu gün Azərbaycan tək Macarıstanla yox, həmçinin Sloveniya, Slovakiya, Serbiya, Rumıniya və Bolqarıstanla da iqtisadi əlaqələrini genişləndirir:
 
“Azərbaycan 10-a yaxın Avropa ölkəsi ilə artıq təmasdadır və gələcəkdə qaz ixrac etmək imkanları əldə edib. Bu, ölkəmizin gələcək perspektivlərini daha da genişləndirir. Azərbaycanın Avropa ilə əməkdaşlığını daha təkmil və daha sabit bir müstəviyə çıxardır. Bu, həm də ölkəmizin siyasi mövqeyində möhkəmlənməsinə öz təsirlərini göstərir”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin