Avropa bazarında Rusiyanın yerini hansı ölkə tutub? - Ekspert
Rusiyanın karbohidrogen ehtiyatlarından imtina etdikdən sonra Avropa İttifaqı bazarlarında indi digər ölkələrin şirkətləri hökmran mövqe tutmağa başlayıblar. Bu mənada maraqlıdır, Rusiya sıxışdırıldıqdan sonra, görəsən hazırkı vəziyyətdə Aİ bazarında hansı ölkələr hakimi-mütləqdir?
Neft-qaz eksperti İlham Şaban Valyuta.az-a açıqlamasında bildirib ki, hazırda Avropanın qazla təminatında əsas rolu Norveç oynayır:
“Avropa İttifaqı hazırda 350 milyard kubmetr qaz idxal edir. Hazırda Avropa bazarına qaz ixracında əsas rolu Norveç şirkətləri oynayır. Norveç hazırda bu bazara ildə 100 milyard kubmetrdən artıq qaz satır. Bu da Avropa ölkələrinin aldığı ümumi qazın hardasa 30 faizi deməkdir. Hansı ki, Norveç öz daxili bazarında qazdan demək olar istifadə etmir. Belə ki, Norveç enerjiyə olan tələbatını ancaq alternativ enerji vasitəsilə ödəyir.
Avropa bazarına qaz göndərilməsində ikinci yer ABŞ-a məxsusdur. Ötən il bu ölkə Avropaya 50 milyard kubmetrdən çox maye qaz verib. Yəni sözügedən bazara qaz ixracında ABŞ-ın payı 15 faiz civarındadır.
Üçüncü yerdə isə Əlcəzair gəlir. Rusiya isə birinciliyi itirsə də, bu sıralamada dördüncü yerdə məskunlaşıb. Rusiya Avropa bazarına təxminən 30 milyard kubmetr qaz satıb”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay