BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
31194

“Azərbaycanla ərəb şirkətləri olan “Mastar”, “Acwa Power” arasında əsas alternativ enerji mənbələrinin işlənməsi, külək və günəş enerjisinin istehsalı ilə bağlı əməkdaşlıq var”.

Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli “ölkənin həm neft, həm də qeyri-neft sektoruna ərəb investorların marağın necə artarmaq olar” sualını şərh edərkən deyib.

İqtisadçı deyir ki, ötən il həm “Mastar”la, həm də “Acwa Power”lə 230 meqavatlıq külək, həmçinin 240 meqavatlıq günəş enerjisinin istehsal edilməsi ilə əlaqədar müqavilə bağlanıb:

“Biz həm Birləşmiş Ərəb Əmirliklərinin, həm Səudiyyə Ərəbistanının şirkəti ilə əməkdaşlıq edirik. “Mastar” şirkəti ilə 230 meqavatlıq külək enerjisi, “Acwa Power”lə 240 meqavatlıq günəş enerjisi elektrik stansiyasının qurulması ilə əlaqədar müqavilələr imzalanıb. “Mastar” şirkəti ilə 10 geqavatlıq külək, günəş enerjisinin istehsal edilməsi ilə əlaqədar bu ilin yanvarında ölkə prezidentinin Birləşmiş Ərəb Əmirlikləri səfəri zamanı uzunmüddətli müqavilə bağlanılıb". 

İqtisadçı deyir ki, Azərbaycanın enerji sektoruna, xüsusən ənənəvi enerji sektoruna maraq var, yəni investisiya cəlbi ilə əlaqədar problem yoxdur:

 “Çünki boru kəməri tikilib, həm də Azərbaycanın praktikası, əlaqələri var. İndi bizi maraqlandıran alternativ enerji mənbələrinin istehsalına investisiya cəlb etməkdir. Xüsusən də təcrübəli şirkətlərin cəlb edilməsi bizim marağımızdadır. Bu sahədə ərəblərlə intensiv işləyirik. Amma ümumiyyətlə, ərəblərin Azərbaycanın həm daşınmaz əmlak bazarına, həm turizm sektoruna, həm də qeyri-neft sahəsinə investisiyalarının cəlbi ölkəmizib marağında ola bilər. İndi əlaqələr başlayıb, inkişaf edir, münasibətlər formalaşır. Bu kontekstdə həm qeyri-neft sektoruna, qeyri-neft məhsullarının istehsalına investisiyaların cəlb edilməsi maraqlı ola bilər. Eyni zamanda, Azərbaycanın qeyri-neft sənayesi məhsullarının Ərəbistan yarımadasına Birləşmiş, Ərəb Əmirliklərinə ixracı, bu sahədə əməkdaşlığın genişlənməsi, sahibkarlar arasında münasibətlərin qurulması ölkəmizin marağındadır. Həmçinin Azərbaycan Ərəbistandan turist cəlb etməkdə maraqlıdır”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin