BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
28128

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin birinci rübü üzrə investisiya portfelində qitələr üzrə baş verən dəyişikliyə aydınlıq gətirib.

"APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib ki, bu ilin birinci rübündə Afrika qitəsi üzrə investisiyaların həcmində cüzi artım olmasına baxmayaraq, Fondun ümumi aktivlərində müşahidə olunan 9%-lıq artım səbəbindən sözügedən qitənin ümumi investisiya portfelində payı azalıb(cari pay 0.04%). Qeyd edilib ki, Avropa, Asiya və beynəlxalq təşkilatların portfeldəki paylarında faiz göstəricisi üzrə azalma da eyni səbəbdən baş verib.

Neft Fondu həmçinin, yatırımlarla bağlı əsas dəyişikliyin Şimali Amerika regionu ilə bağlı müşahidə olunduğunu açıqlayıb: "Belə ki, sözügedən region üzrə bu ilin ilk üç ayında investisiyalar 2.4% artıb. Şimali Amerika üzrə investisiyaların artımının mənbəyi mənfəət neftinin və qazın satışından əldə olunan gəlirlərin əsas hissəsinin borc öhdəlikləri və səhm alt portfellərinə yönləndirilməsidir. Səhm alt portfelinə yatırılmış hissənin, indeks bölgüsünə uyğun olaraq, 60%-i Şimali Amerikanın payına düşür. Əlavə olaraq, mənfəət neftinin və qazın satışından əldə olunan gəlirin bir hissəsinin ABŞ dövlət istiqrazlarına yatırılması da portfeldə Şimali Amerikanın payını artırıb. Artımın digər hissəsi isə bazarlarda baş verən dəyişikliklərlə əlaqədar qiymət artımına təsadüf edir".

Fond əlavə edib ki, maliyyə bazarlarında baş verən qiymət dəyişiklikləri portfelin tərkibinə daxil olan maliyyə aktivlərinin qiymətlərinə təsir etdiyindən həmin aktivlər üzrə birbaşa yatırım və ya satış olmadan belə, onların portfeldə çəkisi dəyişə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin