BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
23545

Sentyabrdan Qazaxıstan öz xam neftinin bir hissəsini Azərbaycanın ən böyük neft kəməri vasitəsilə satmağı planlaşdırır. 

“Report” xəbər verir ki, bu barədə “Reuters”ə məsələ ilə bağlı tanış olan məlumatlı üç mənbə bildirib.

Qazaxıstan neftinin ixracı dünya tədarükünün 1 %-dən çoxunu və ya gündəlik təxminən 1,4 milyon barel təşkil edir.

Vəziyyətdən birbaşa məlumatlı olan mənbə bildirib ki, Qazaxıstanın dövlət neft şirkəti olan “Kazmunayqaz” (KMG) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət bölməsi ilə illik 1,5 milyon ton Qazaxıstan neftinin satışına icazə verilməsi ilə bağlı ilkin danışıqlar aparır. Azərbaycan boru kəməri vasitəsilə neft Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çatdırılır.

Mənbə bildirib ki, yekun müqavilə avqustun sonunda imzalanmalıdır və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəqletmə bir aydan sonra başlayacaq.

İki mənbə bildirib ki, illik daha 3,5 milyon ton Qazaxıstan nefti 2023-cü ildə başqa bir Azərbaycan boru kəməri ilə Gürcüstanın Qara dənizdəki Supsa limanına nəql edilməyəi başlaya bilər.

BTC ilə nəql edilən həcmlərlə birlikdə gündəlik 100 000 bareldən bir qədər çox və ya Xəzər Boru Kəməri Konsorsiumu (CPC) axınının 8 %-ni təşkil edəcək.

Nəşrin qeyd etdiyi kimi, bu müqavilə Qazaxıstana Rusiya ərazisindən yan keçməyə imkan verəcək. Ötən ay “BP Azerbaijan” şirkəti bildirib ki, şirkət, Bakı-Supsa boru kəmərindən gələn həcmləri daha böyük BTC boru kəmərinə yönləndirəcək.

Bununla belə, yeni BTC marşrutu o deməkdir ki, Qazaxıstan nefti Xəzər dənizi vasitəsilə Bakıya məhdud ehtiyat gücü olan Aktau limanından nəql etmək üçün kiçik tankerlərdən ibarət donanmaya etibar etməli olacaq.

İki mənbə bildirib ki, “Chevron” neft şirkətinin rəhbərlik etdiyi “Tengizchevroil” şirkəti müştərək müəssisəsinin özünün marketinq bölməsi mövcuddur və boru kəməri, həmçinin dəmir yolu marşrutları ilə bağlı ayrıca danışıqlar aparır.

BTC boru kəməri də “Tengizchevroil” üçün bir seçim ola bilər. Lakin mənbə bildirib ki, bu razılaşma baş tutarsa, nəqlin başlaması altı aya qədər vaxt apara biləcək.

“Tengizchevroil” artıq aprel ayında qasırğanın CPC terminalının bir hissəsinin sıradan çıxmasına səbəb olduğu vaxtda Gürcüstanın Batumi limanına az miqdarda nefti dəmir yolu ilə köçürməyə başlamışdı.

İki mənbə bildirib ki, “Tengizchevroil” daha çox dəmir yolu nəqliyyatı sifariş edir və bu, sentyabr və ya oktyabr aylarında arta bilər.

Xatırladaq ki, 20 ildir Qazaxıstan nefti CPC boru kəməri ilə Rusiyanın Qara dənizdəki Novorossiysk limanına çatdırılır və bu, dünya bazarına çıxışı təmin edir. İyul ayında Rusiya məhkəməsi CPC-ni bağlamaqla hədələyib və bu, Qazaxıstan hökumətini və əsas xarici istehsalçıları ehtiyat tədbiri olaraq digər satış məntəqələri ilə müqavilə bağlamağa vadar edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Niderland Rusiya aktivlərindən əldə olunan gəlirin Ukraynaya köçürülməsi qərarını dəstəkləyəcək

“Aznur” şirkəti AQTA-nı məhkəməyə verdi

Dəniz səviyyəsinin qalxması hansı təhlükələrə səbəb ola bilər?

"Əşrəfoğlu" cərimələnə bilər

Polşanın dövlət borcu rekord həddə çatdı

Böhran xarici oyunçuları Almaniyanın daşınmaz əmlak bazarını tərk etməyə məcbur edir

“Azəristiliktəchizat” icbari sığorta müqaviləsi bağlamayıb?

Azərbaycanda iki şirkət Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilir

"iPhone"un büdcə versiyasının təxmini qiyməti məlum oldu

"FİRST ACADEMY"yə protokol tərtib edildi

AK: "Avropa hələ də Rusiya enerjisindən tam müstəqilliyə nail olmayıb"

Meriya ilə şirkət arasında icarə mübahisəsi

ABŞ Almaniyadan Rusiyaya qarşı sanksiyalara əməl etməyi gücləndirməyi tələb etdi

Bakıda “Təşəbbüslərin artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu” keçirilib

Nazirdən yeni təyinat (FOTO)

Nazirdən yeni təyinat (FOTO)

“Bakı Metropoliteni” 2 milyonluq təmirə başlayır

Aİ Ukraynadan Rusiyadan qaz tranzitini uzatmağı xahiş etməyəcək

TƏBİB-dən məşhur iş adamının şirkətinə 14 minlik sifariş

Zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Prezidentdən Agentliyin fəaliyyəti ilə bağlı fərman

Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq

Ehtiyat hissələri satarkən aldatmayın, alarkən isə aldanmayın

Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər

Azərbaycan üçün Şengen vizasının rüsumu artırılır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda maaşlar 100 manata qədər artdı

Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır

İranda prezident seçkilərinin tarixi təsdiqlənib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin